Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarından aşağı düşüb.
“İki sahil” xəbər verir ki, 16 may tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyun fyuçerslərinin qiyməti 994,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4,5% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik üzrə təlim keçirilib
Sığorta sektorunda inkişafın yeni istiqamətləri: bazarı hansı dəyişikliklər gözləyir? - MÜSAHİBƏ