18 may 2022 10:37
223

Əmtəə bazarlarında qızıl və gümüş yenidən ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,6% azalaraq, 1 807,9 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,8% azalaraq, 21,58 dollar təşkil edib.