18 iyul 2026 15:47
92

Azərbaycan İraqa peçenye tədarükünü 63 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 816 ton şirin quru peçenye ixrac edib.

“İki sahil” xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 788 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,3 dəfə çox) 524 ton (+91 %), İraqa 137 min ABŞ dolları dəyərində (+46 dəfə) 125 ton (+63 dəfə), Rusiyaya 67,7 min ABŞ dolları dəyərində (-1,3 %) 40 ton (+18 %), İsrailə 35,4 min ABŞ dolları dəyərində (+7 dəfə) 15,6 ton (+4 dəfə), Özbəkistana 33,4 min ABŞ dolları dəyərində 40 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 1 min 311 ton peçenyenin 76 %-i Gürcüstanın payına düşüb.