Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 812,2 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 2 dəfə, kimya sənayesi məhsullarının istehsalında 52,2%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20% artıb.
Məlumata görə, rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 90,6%, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 16,3%, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı isə 13,2% artıb.