20 may 2022 17:22
1015

Tarixin ən böyük zəlzələsi bildiklərimizi unutduracaqmı? - FOTO

Dünyanın yüzlərlə yerində ağlasığmaz zəlzələlər baş verir. Bu zəlzələlərin ən böyüyü sirrini qoruyurdu. Ancaq bu sirr öz gizliliyini son araşdırmalara qədər qoruya bildi.

Tarixin ən böyük zəlzələsi harada baş verib?

Zəlzələlərə gəlincə, bunun nə qədər dağıdıcı olacağını təsəvvür edə bilmərik. Arxeoloqlar dağıdıcı zəlzələnin sübutunu tapıblar. Araşdırmalara görə, 8 min kilometrlik sunamiyə səbəb olan və insanların təxminən min il boyunca yaxınlıqdakı sahil zolağından uzaq qalmasına səbəb olan 9,5 meqa zəlzələsi ortaya çıxıb.

Arxeoloqların fikrincə, o, Çilinin şimalında təqribən 3800 il əvvəl tektonik plitənin qırılması zamanı yaranıb. Zəlzələdən sonra baş verən sunami isə 20 metr hündürlüyündə dalğalar yaradıb. Bu dalğaların Yeni Zelandiyaya qədər çatdığı güman edilir və burada yüzlərlə kilometr içərilərə doğru avtomobil böyüklüyündə qayaları fırlatdığı düşünülür.

Min kilometrlik tektonik qırılma

İndiyə qədər aşkar edilmiş ən böyük zəlzələ yenə də Çilinin cənubunda da 9,4-9,6 bal gücündə Valdivia zəlzələsi olub. 1960-cı ildə baş verən və 6 min insanın ölümünə səbəb olan bu zəlzələdə tektonik qırılma 800 kilometrə qədər uzanıb. Lakin aprelin 6-da elmi jurnal Science Advances-də dərc edilən araşdırma, yeni kəşf edilmiş qədim meqa zəlzələnin daha da böyük olduğunu aşkar edib. Tapıntılara görə, bu zəlzələdə tektonik qırılma təxminən min kilometr olub. Valdivia zəlzələsi kimi, bu qədim zəlzələ də dünyanın ən güclü zəlzələ növü, meqa-trust idi. Bu zəlzələlər yerin tektonik plitələrindən biri digərinin altında qaldıqda baş verir. Sözügedən nəhəng zəlzələnin sübutu, Çilinin Atakama səhrasının iç sahillərində olan qayaların, dəniz qabıqlarının və fosillərin tapılması ilə baş verib.

Çilinin şimal sahillərindən 600 kilometr yüksəklikdə 7 fərqli qazıntı sahəsində 17 çöküntünü araşdıran tədqiqatçılar, quruya sovrulan tapıntıların təxminən 3800 il əvvəl bu nöqtəyə daşındığını müəyyən ediblər. Qazıntı sahəsindəki qədim insanlara aid daş tikililərdə başqa növ fakt yaradıb. Daş divarlar sunami nəticəsində dağılıb. Bəziləri geriyə doğru uzanmış, dənizə dönüblər. Bu da sunaminin geri çəkilmə prosesindən xəbər verib. Bu arxeoloji araşdırma, icmaların sunamilərin çata bilməyəcəkləri daxili ərazilərə hərəkət etməsi ilə birlikdə böyük sosial xaosların çıxdığını  göstərdi.

Vüsal Cahanov, “İki sahil”