23 oktyabr 2025 14:30
235

Rövşən Nəcəf Aşqabadda keçirilən 30-cu Beynəlxalq Neft və Qaz Konfransıda çıxış edib

“Aşqabadda keçirilən Türkmənistanın 30-cu Beynəlxalq Neft və Qaz Konfransı və Sərgisində çıxış etmək mənim üçün böyük məmnunluq doğurdu.”

Bu fikirləri SOCAR-ın prezidenti Rövşən Nəcəf özünün “X” səhifəsində paylaşımında qeyd edib.

Rövşən Nəcəf paylaşımında bildirib ki, tədbir çərçivəsində Azərbaycan ilə Türkmənistan arasında mövcud olan güclü strateji tərəfdaşlıq vurğulanaraq, Xəzər regionunda və onun hüdudlarından kənarda enerji əməkdaşlığının inkişafına dair ortaq öhdəlik bir daha təsdiqləndi: “Eyni zamanda SOCAR-ın beynəlxalq miqyasda genişlənən fəaliyyəti və şirkətin enerji təhlükəsizliyi, rəqəmsallaşma, innovasiya və dekarbonizasiya istiqamətlərinə fokuslanan hərtərəfli strategiyası diqqətə çatdırıldı. SOCAR ədalətli və balanslaşdırılmış enerji keçidinə sadiq qalaraq, daha təmiz karbohidrogenlərə, karbon tutma texnologiyalarına, metan emissiyalarının azaldılmasına və qabaqcıl rəqəmsal texnologiyalara investisiya qoymaqla dayanıqlı və möhkəm enerji gələcəyinin qurulmasına töhfə verməkdə davam edir.”

Orxan Vahidoğlu, “İki sahil”