20 may 2022 18:00
1017

İdeyalar doğrudanmı tükənməzdir?... - FOTO

İdeyalar tükənməzdir. Daim inkişaf edən dünyada hər zaman yeni fikirlərə və çılğın ideyalara ehtiyac  var. Bu yazıda 2022-ci ilin yüksək texnologiyalara malik olan ixtiraları ilə bağlı topladığımız maraqlı məlumatları təqdim edirik.

Ağıllı  flip ayaqqabılar

“Link” şirkəti tərəfindən ixtira edilən flip ayaqqabılar idman ayaqqabısının rahalığını və   yüngüllüyünü özündə əks etdiririr . Onlar ayaqların yükünü əhəmiyyətli dərəcədə azaltmağa kömək edir və  qoruyur. İxtiraçı qeyd edir ki, bu yeni ayaqqabılar qaçış, velosiped sürmək və digər fiziki fəaliyyətlər üçün mükəmməldir. Flip ayaqqabılar  antibakterial xüsusiyyətlərə malik nəfəs ala bilən altlığa malikdir.

Dərinin sağlamlığını nəzarətdə saxlayan geyim

Dizayner Rosi Brodhed Gent Universitetinin alimlərinin dəstəyi ilə dəri  sağlamlığını nəzarətdə saxlayan  xüsusi geyim materialı icad ediblər. O, insan orqanizmi tərləməyə başladığı anda aktivləşməyə başlayan probiotik bakteriyalar əsasında hazırlanır. Xüsusi  bakteriyalar bədən qoxusunu azaldır, hüceyrələrin yenilənməsinə səbəb olur  və dərinin ümumi vəziyyətini  yaxşılaşdırır.

Robot Pillo - evdə tibb bacısı

Pillo bütün ailənin sağlamlığına nəzarət edəcək robotdur. Bu robot  dərmanlarınızı qəbul etməyi xatırladır və sağlamlıqla bağlı dəyərli məsləhətlər verir. Süni intellekt isə öz növbəsində ona eyni evdə yaşayan bütün insanların üzlərini yadda saxlamağa imkan verir. Pillo, həmçinin  xəstələrə verilən dərmanların vaxtını da düzgün xatırlayır.

 Bədən istiliyindən asılı olaraq rəngini dəyişən geyim

“The Unseen”şirkəti  bədən temperaturu, rütubət, təzyiq və hətta işıqlandırmanın dəyişməsindən asılı olaraq rəngini dəyişən eksperimental geyim yaradıb. Bu unikal və eyni zamanda, praktik olan geyim  artıq bir çox istehsalçı tərəfindən nəzərdən keçirilir. Çox maraqlıdır ki, artıq  bu tip  qeyri-adi geyimlər  sahibinin əhvalını  izləməyə kömək edəcəkdir.

 Gecə qaçışları üçün gödəkçə

“Vollebak” brendi gecələr idmanla məşğul olan insanlar üçün xüsusi  gödəkçə yaratdı. Məhsul xüsusi sensorlar ilə təchiz olunub  və gecələr fənər funksiyasını yerinə yetirir.

Miqrenlə mübarizə aparan cihaz

“Cefaly” elektrik neyrostimulyatoru miqren tutmaları ilə mübarizə aparmağa kömək edir. İxtira simptomatik relyef və qarşısının alınması üçün nəzərdə tutulub.

Ürək-damar sisteminin vəziyyətini yoxlayan köynək

“Lenovo” şirkəti  ürək-damar sisteminin vəziyyətini izləyə bilən köynək təqdim etdi. EKQ sensoru və sensorlar paltarın içərisinə quraşdırılmışdır. Onlar ürək döyüntüsü və nəfəsalma tezliyini qeyd edirlər. Gündə bir dəfə  alınan məlumatlar xüsusi serverə göndərilir və orada təhlil edilir. Beləliklə, bu köynək sahibi ürəyin işi haqqında hərtərəfli məlumat ala bilər.

Şəkərli diabet xəstələri üçün corablar

“Siren” şirkəti çox mzraqlı bir ixtira edib. Onlar  diabetli insanlar üçün xüsusi  corab icad ediblər. Ağıllı corablar xüsusi sensor vasitəsilə insanın  hərarətini ölçür və iltihabın ilkin əlamətlərini aşkarlayır.

 Eşitmə əngəlli insanlar üçün yaradılan cihaz

Eşitmə əngəlli insanlar üçün musiqinin ecazkarlığını kəşf etmək artıq realdır. Bunun üçün xüsusi  bir T-şört icad olunub.   30 müxtəlif sensorla təchiz edilmiş bu geyim,  musiqinin ritminə görə işə düşür və bədənə vibrasiya ötürür. Beləcə, musiqini sözün əsl mənasında bütün bədənimizlə duymuş oluruq — zərb alətlərini qarın, skripka və fleyta kimi səsləri isə qollar, çiyin və sinə nahiyəsi ilə. Hal-hazırda əngəlli insanlar Şubertin və Mendelsonun bəzi əsərləri bu cihaz vasitəsi ilə dinləyə bilərlər.

Qan təzyiqi ölçən  eynək

Microsoft şirkəti qan təzyiqini saniyələr ərzində ölçməyə imkan verən eynəklər yaradıb. Ölçmə optik sensorlar tərəfindən həyata keçirilir. İxtira ciddi təzyiq nəzarəti tələb edən xəstəliklərdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub.

 Ağıllı güzgü HiMirror

Kompakt, masaüstü güzgü üz dərinizin vəziyyətini izləməyə və problemli sahələri dəqiq aşkar etməyə, kosmetik vasitələrin effektivliyini müəyyən etməyə kömək edir.

Yeməklərə dad qatan cihaz

Yapon tədqiqatçıların zəif elektrik cərəyanından istifadə edərək hazırladıqları çubuqlara duz dadı verəcək.

 Məqsəd yeməklərə az miqdarda duz dadı qataraq gündəlik duz qəbulunu məhdudlaşdırmaqdır.

Dünyada bir ilk olaraq təsvir edilən ixtira elektriklə stimullaşdırılan çubuqlar və biləyə quraşdırılmış mini kompüterdən ibarətdir.

Yapon qida nəhəngi Kirin ilə ortaq şəkildə hazırlanmış çubuqlar, əslində sadə bir sistemə əsaslanır. İnsana zərər verməmək üçün zəif elektrik cərəyanı verilən çubuqlar qidanın tərkibindəki natrium xlorid və natrium glutamat ionlarını ağıza ötürərək, süni duz hissi yaradır.

Təkrar istifadə üçün nəzərdə tutulmuş kağız

Sinqapurun Nanyang Texnoloji Universitetinin mütəxəssisləri təkrar istifadə üçün nəzərdə tutulmuş ekoloji təmiz kağız konsepsiyasını təqdim ediblər.

Kağız bitki tozcuqları əsasında yarandığına görə, allergiyaya səbəb olmur və eyni zamanda, tozcuqdan kağız yaratmaq prosesi ətraf mühitə ciddi ziyan vurmur.

İnnovativ materialı sınaqdan keçirən mütəxəssislər kağızın cırılmadan və zədələnmədən printerdən keçdiyini də  müəyyən ediblər.

Rentgen şüaları ilə dərinin altını göstərən qadjet

Təsəvvür edin ki, bir superqəhrəman həkim var. Bacarığı isə pasientin dərisinin altını rentgen şüaları vasitəsilə görə bilməsidir. Bu fantastik ideyanın gerçəkdə şahidi olmaq möhtəşəm olmazdımı? Artıq mümkündür! İllərin araşdırma və təkmilləşdirmə prosesinin sonunda pasientin kompüter tomoqrafiyasını 3D formatında yerindəcə görmək reallığa çevrildi. Cihaz hələ ki yalnız ABŞ-ın ən prestijli tibbi ocaqlarında istifadəyə verilib.

Səsli taxta oyuncaqlar

Hamımızın yaxşı yadındadır ki, uşaqlıqda, demək olar  ən əsas əyləncəmiz kubiklər, taxta oyuncaqlar olub. O vaxtlar nə telefon vardı, nə də tabletlər. İndiki  nəslinin uşaqları isə ekranlarla  gözünü ayıra bılmir. Xüsusən pandemiya dönəmində uşaqların qadjetlərə olan sevgisi  qat-qat artdı. Bu problemi aradan qaldırmaq üçün  Nik Porfilio ənənəvi taxta oyuncaqları modern texnologiya ilə  xüsusi sensorlar vasitəsi ilə  yenidən təkmilləşdirib. ParıltıIı və taxta oyuncaqdan çıxan  səslər uşaqların marağına səbəb olub.

Samirə Tağıyeva, “İki sahil”