22 may 2022 11:58
719

Bill Qeyts ən rahat smartfonu açıqladı

“Microsoft”un yaradıcısı Bill Qeyts ən rahat smartfonun “Samsung Galaxy Z Fold 3” olduğunu deyib.

“İki sahil” xəbər verir ki, o, özünün də məhz bu smartfondan istifadə etdiyini bildirib.

“Mənim Android smartfonum var - bu, Galaxy Z Fold 3-dür. Müxtəlif cihazları sınamışam. Belə bir ekran mənim üçün həm əla portativ kompüteri, həm də telefonu əvəz edir”, - milyarder qeyd edib.