73 yaşlı aktyor Arnold Şvarseneqqer yenidən baba olub.
“İki sahil” xəbər verir ki, Ketrin Şvarseneqqerin aktyor Kris Pratta ilə evliliyindən daha bir qızı olub. Bu barədə o, instaqram hesabında yazıb. Mayın 21-də dünyaya göz açan körpəyə Eloiza Kristina Şvarseneqqer Pratt adı verilib.
Qeyd edək ki, cütlüyün Layla Mariya adlı daha bir qızı var. Bundan başqa, Krisin aktrisa Anna Farislə evliliyindən 9 yaşlı Cek adlı oğlu da var.