Danimarkada aparılan araşdırmaya görə bədənimiz iqlim dəyişikliyinə uyğunlaşdıqca istər-istəməz bəzi fədakarlıqlar etmiş oluruq. Yəni, yuxu saatımız ən az 10 dəqiqə azalır.
İqlim böhranı səbəbindən dəyişən hava hadisələri də yuxu vaxtını qısaldır.
Danimarkanın Kopenhagen Universitetinin araşdırmasına görə, havalar isindikcə yuxu vaxtı azalacaq. 2099-cu ilə qədər yuxu müddəti adambaşına ildə 50-58 saat azalacaq. Başqa sözlə, hər gecə yuxu saatından orta hesabla 10 dəqiqə azalacaq.
Bədənin yuxuya getməsi üçün əsas temperatura çatmaq müddəti uzun sürəcək. Çünki 30 dərəcədən çox isti günlərdə yuxu orta hesabla 14 dəqiqə qısalır.
Vüsal Cahanov, “İki sahil”