25 may 2022 12:00
1049

O, dünyanın ən qısaboylu gəncidir - FOTO/VİDEO

18 yaşlı nepallı Dor Bahadur Khapangi 73,43 santimetr boyu ilə "ən qısa boylu gənc" kateqoriyasında “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Məlumat üçün bildirək ki,  Dor Bahadur Khapangidən əvvəl 67 santimetr boyu ilə dünyanın ən qısaboylu insanı olan nepallı Khagendra Thapa Magar 2020-ci ildə 32 yaşında vəfat edib.

Bununlada Dor Bahadur Khapangi dünyanın ən qısa boylu gənci rekordunu yeniləməyi bacarıb.

Qeyd edək ki, rekordun yeni sahibinə “Ginnesin Rekordlar Sertifikatı” verilərkən onun sertifikatla demək olar ki, eyni boyda olması diqqəti çəkib.

Vüsal Cahanov, “İki sahil”