26 may 2022 02:57
1206

Oğlu üçün Londonda ev aldı

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ dünyaya gələn oğlu Kurt Efe üçün ev alıb.

“İki sahil” xəbər verir ki, aktyor Londondan aldığı iki otaqlı evə 670 min funt sterlinq (təxminən 1 milyon 430 min manat) ödəyib. 

Kıvanç evi tətildə istirahətə getmək üçün həm də oğlunun gələcəyinə yatırım kimi nəzərdə tutub. 

Qeyd edək ki, aktyor dizayner Başak Dizərlə evlidir.