Uşaqlar təhlükəli oyunlar oynayanda ürəyiniz narahat olurmu? Narahatlığa gərək yoxdur, çünki bu cür davranış onlara xoşbəxt gələcək təmin edir.
İngiltərədəki tədqiqatçılar daha çox macəraçı olan uşaqlarda böyüdükdə narahatlıq və depressiya əlamətlərinin daha az olduğunu bildirirlər. Onlar COVID-19 pandemiyası ilə əlaqəli ilk karantinə daha yaxşı dözdülər.
“Exeter” Universitetinin tədqiqatçıları valideynlərdən övladlarının nə qədər tez-tez "həyəcanlı" oyunlarla məşğul olduqlarını soruşanda, valideynləri bu oyunlar zamanı onlar qorxur və bəzən nə edəcəklərini bilmirlər cavabını veriblər.
Söhbət risk payı olan fəaliyyətlərdən gedir: gəzinti, göldə və ya çayda üzgüçülük, velosipeddə macəra, ağaclara dırmaşmaq ... Siyahı yalnız uşaqların təxəyyülü ilə məhdudlaşır.
Valideynlər və alimlər etiraf edirlər ki, bu gün böyüklərin gözündən kənarda macəra oyunları üçün imkanlar azdır: ictimai yerlər çoxdan təhlükəsiz və “atravmatik” olub, xüsusən də söhbət Qərb ölkələrindən və böyük şəhərlərdən gedir.
Əvvəlki nəsil oynamaqdan, bütün rayonda asfaltı təbaşirlə rəngləməkdən həzz alırdısa, bu gün uşaqlar qorxulu oyuna ancaq kompüter oyunlarında rast gəlirlər.
Tədqiqatçılar müasir uşaq nəslinin nəyi itirdiyini (və ya bəlkə də qazandığını) öyrənməkdə maraqlı idilər.
Yeni tədqiqatda tədqiqatçılar macəra oyununun uşaqlara çətin, qeyri-adi vəziyyətlərin öhdəsindən gəlməyi öyrənmək imkanı verməsi ilə bağlı nəzəriyyəni sınaqdan keçiriblər. Bu, uşağın psixikasının sabitliyini artırmağa və psixi sağlamlıq problemlərinin qarşısını almağa kömək etməlidir.
Tədqiqat qrupu 5-11 yaş arası uşaqların təxminən 2500 valideyni ilə müsahibə aparıb. Valideynlərə övladlarının hansı oyunları sevdiyi, pandemiya öncəsi uşağın ümumi psixi sağlamlığı və ilk koronavirus karantinindəki əhval-ruhiyyəsi ilə bağlı suallar verilib.
Beləliklə, elm adamları aşkar etdilər ki, çöldə daha çox vaxt keçirən uşaqlarda narahatlıq və depressiya üçün xarakterik olan "daxili problemlər" daha az olur. Bu uşaqlar məhz karantin zamanı daha yaxşı davranıblar.
Alimlərin fikrincə, uşaqlar və gənclər gündəlik sərgüzəştlərində çətinliklər və risklərlə üzləşmək üçün azadlıq və fürsətə ehtiyac duyurlar.
Yeni araşdırmalar açıq şəkildə göstərir ki, açıq havada oyun, risk alma və sağlam həyəcan uşaqların psixi sağlamlığını və emosional rifahını artırır.
Macəralı oyunlar isə uşaqlarda gələcəkdə gözlənilməz vəziyyətlərin, stresin öhdəsindən gəlməyə kömək edəcək.
Nubar Süleymanova, “İki sahil”