27 may 2022 18:00
1148

Diabet beyini görün nə günə salırmış… - FOTO

Elm adamları inkişaf etmiş 2-ci tip diabetli insanlarda beyin qocalmasının xəstəliyi olmayan insanlarla müqayisədə təxminən 26% sürətləndiyini aşkar ediblər.

Müəlliflər 2-ci tip diabetdə neyrodegenerasiyanın (sinir hüceyrələrinin ölümü) təbii qocalma ilə eyni şəkildə baş verdiyini, lakin daha sürətli irəlilədiyini müəyyən ediblər.

Bu nəticələr göstərir ki, xəstəyə şəkərli diabet diaqnozu qoyulan zaman artıq beyində əhəmiyyətli struktur zədələnmə var. Buna görə də, tədqiqatçılar diabet və əlaqəli beyin dəyişikliklərinə diaqnoz qoymağın yeni yollarını axtarırlar.

Diabet diaqnozu üçün ümumi klinik üsullar adətən qanda qlükoza səviyyələrini, insulin səviyyələrini və bədənin yağ faizini ölçməyi əhatə edir.

Artıq 2-ci tip diabetlə koqnitiv geriləməni əlaqələndirən güclü dəlillər mövcuddur. Bu gün xəstələr nadir hallarda klinik baxımın bir hissəsi kimi hərtərəfli koqnitiv qiymətləndirmədən keçirlər.

Və belə bir qiymətləndirmə aparmaq asan deyil: tədqiqatçılar orta yaşda baş verməyə başlayan normal beyin yaşlanması ilə diabetin səbəb olduğu və ya sürətləndirdiyi beyin qocalmasını ayırd etmək üçün üsullarla hələ tanış deyildilər.

Yeni işin müəlliflərinin qeyd etdiyi kimi, bu günə qədər heç bir tədqiqatda sağlam insanlarda nevroloji dəyişikliklərin eyni yaşda olan diabetli insanlarda baş verən dəyişikliklərlə birbaşa müqayisəsi aparılmayıb.

 Diabetin təbii qocalmaya əlavə olaraq beyinə necə təsir etdiyini müəyyən etmək üçün tədqiqat qrupu “British Biobank”ın 50-80 yaş arası 20.000 insan haqqında məlumatlarından istifadə edib.

Bu məlumat dəstinə həm sağlam insanlarda, həm də  2-ci tip diabetli insanlarda beyin yoxlamaları və beyin funksiyasının ölçülməsi daxildir.

Təhlil göstərdi ki, həm qocalma, həm də 2-ci tip diabet yaddaşı, öyrənmə və zehni çeviklik kimi icra funksiyalarında dəyişikliklərə, həmçinin emal sürətində dəyişikliklərə səbəb olur.

 Təxminən 100-ə yaxın digər tədqiqatın meta-analizi də bu fikri dəstəkləyib: 2-ci tip diabetli insanlar eyni yaşda və oxşar təhsildə olan sağlam insanlarla müqayisədə idrak qabiliyyətləri davamlı olaraq aşağı düşür .

Komanda, həmçinin MRT-dən istifadə edərək diabeti olan və olmayan insanların beyin strukturunu və fəaliyyətini müqayisə edib.

 Diabetin təbii qocalmaya əlavə olaraq beyinə necə təsir etdiyini müəyyən etmək üçün tədqiqat qrupu “British Biobank”ın 50-80 yaş arası 20 min insan haqqında məlumatlarından istifadə edib.

 Bu məlumat dəstinə həm sağlam insanlarda, həm də 2-ci tip  diabetli insanlarda beyin yoxlanışları və beyin funksiyasının ölçülməsi daxildir.

 Təhlil göstərdi ki, həm qocalma, həm də tip 2 diabet iş yaddaşı, öyrənmə və zehni çeviklik kimi icra funksiyalarında dəyişikliklərə, həmçinin emal sürətində dəyişikliklərə səbəb olur.

Təxminən 100-ə yaxın digər tədqiqatın meta-analizi də bu tapıntını dəstəklədi: 2-ci tip diabetli insanlar eyni yaşda və oxşar təhsildə olan sağlam insanlarla müqayisədə idrak qabiliyyətləri davamlı olaraq aşağı düşür.

Komanda, həmçinin MRT-dən istifadə edərək diabeti olan və olmayan insanların beyin strukturunu və fəaliyyətini müqayisə edib.

 Alimlər gördülər ki, normal qocalma zamanı beyində boz maddənin azalması əsasən ventral striatumda baş verir:bu, beynin icra funksiyaları üçün kritik olan bölgədir.

Məlumdur ki, yaddaş və koqnitiv funksiyalar beyindəki boz maddənin həcmindən asılıdır - boz maddə nə qədər az olsa, bu funksiyalar bir o qədər pisləşir.

Eyni zamanda, diabetli insanlarda tipik yaşa bağlı təsirlərlə yanaşı, boz maddənin azalması daha da nəzərə çarpır. Normal qocalma ilə müqayisədə "diabetli" beyində ventral zolaqda boz maddənin həcmi 6,2% az olub, beynin digər nahiyələrində də boz maddə itkisi var.

Ümumilikdə, diabetin inkişafı beyin yaşlanmasının 26% artması ilə əlaqələndirildi.

Potensial olaraq diabet, qlükoza parçalanmasının pozulması səbəbindən beyinin sürətlənmiş qocalması ilə əlaqələndirilə bilər, bu da müxtəlif beyin strukturları üçün mövcud olan enerjidə "kəsintilər" deməkdir.

Müəlliflər hesab edirlər ki, beynin təsviri, məsələn, MRT-dən istifadə etməklə diabetlə əlaqəli neyrodegenerativ proseslərin aşkarlanması və idarə olunması üçün klinik cəhətdən qiymətli məlumatlar verə bilər.

Tədqiqatçılar, həmçinin 2-ci tip diabet üçün xarakterik olan beyin biomarkerlərinin öyrənilməsinin zəruriliyini vurğulayırlar ki, bu da onun diaqnozunu daha dəqiq edəcək.

 Amerikalı alimlərin yeni işi “eLife”da dərc olunub.

Nubar Süleymanova, “İki sahil”