27 may 2022 19:00
1028

SOS: Uşaqlara enerji içkiləri verməyin!

Dünyada uşaqların təxminən yarısı ən azı həftədə bir dəfə enerji içkiləri içir.

Bu, Britaniyada aparılmış yeni araşdırma nəticəsində bəlli olub.

Avropada enerji içkiləri hələ XII əsrdə məşhurluq qazanmışdır. Hər şey Almaniyada, rahibə Hildeqarda fon Bingen müxtəlif yarpaq, bitki və köklər əsasında ot araqları adlanan müalicəvi çaylar hazırlamağa başlamasından əmələ gəlmişdir. Əlbəttə, dad və canlandırıcı xüsusiyyətlərinə görə bu çayları müasir enerji içkiləri ilə müqayisə etmək olmaz, lakin Hildeqarda bütün otları elə qarışdırıb ki, onlar insanı həqiqətən özünü "gümrah" hiss etməyə məcbur edib.

Klassik anlamda ilk rəsmi enerji içkisi Lucozade içkisi hesab edilir. Enerji içkisi Nyukaslda (İngiltərə) 1927-ci ildə icad edilmişdir və o zaman o, Glucozade adlanırdı, çünki onu qlükoza siropunun əsasında hazırlayırdılar. Hətta o zamanlarda bu içkini rəsmi olaraq həkimlər tövsiyə ediblər. Onlar xəstəlikdən sonra bərpa dövründə olan hər kəsi "qlükozad"ı içməkləri üçün dilə tutublar. Belə ki, 1929-cu ildə onun adında olan ilk hərf silinərək bu içki yeni adla 1985-ci ilə qədər uğurla satılıb.

Maraqlıdır, insanlar arasında həmin vaxtlarda enerji içkisinin yalnız xəstəlikdən sonra özünə gələnlər üçün deyil, həm də prinsipcə gümrahlığa ehtiyacı olan hər kəs üçün faydalı ola bilər kimi istifadə edilib.

Tarixə nəzərə salsaq, belə qənaətə gəlinir ki, kiçik miqdarda enerji içkiləri sağlamlığa zərər vurmayaraq, hətta əksinə - orqanizmi faydalı maddələrlə zənginləşdirir. 

Bu yaxınlarda “British Medical Journal”  “Open” nəşrinin yayımladığı araşdırmada mütəxəssislər enerji içkisini daha çox qəbul edən uşaqlarda baş ağrısı və yuxu problemlərinin olacağı barədə xəbərdarlıq edib.

Digər tərəfdən, yüksək enerjili mayelərin qəbulu uşaqların təhsildə uğursuz olmalarına da yol aça bilər.

Araşdırma zamanı müəyyən olub ki,  Böyük Britaniyada əksəriyyəti yeniyetmələr olmaqla uşaqların üçdə biri həftədə ən azı bir dəfə enerji içkisi içir.

 Bəzi uşaqların müəyyən hissəsi isə demək olar ki, hər gün enerji içkisi qəbul edir.

 Qeyd edək ki, Böyük Britaniyada yüksək həcmdə kofein, şəkər və müəyyən yaş qrupları üçün zərərli hesab edilən digər maddələrin də olduğu enerji içkilərinin yaşı 16-dan az olan şəxslərə satışı qadağandır.

 Çünki 250 qramlıq enerji içkisinin tərkibində təxminən ikiqat espresso qəhvəsi qədər kofein mövcuddur.

Birləşmiş Krallıq hökuməti bildirib ki, məhsulların üzərində olan xəbərdaredici etiketlərin fayda vermir, buna görə də yaxın zamanlarda  uşaqlara enerji içkilərinin satışı qadağan ediləcək.

Ölkənin Səhiyyə və Sosial Xidmət Nazirliyi apardığı araşdırmada, təkcə Britaniyada deyil, ABŞ və Kanada da daxil olmaqla, dünyanın müxtəlif regionlarında gənclərin enerji içkisi tədarükü ilə bağlı statistik göstəricilərinin analizini aparıb.

Araşdırma zamanı aşağıdakı nəticələr daha çox diqqət çəkib:

Araşdırmanı aparan York Universitetinin mütəxəssisi Klair Khouja bildirib ki, araşdırma nəticəsində enerji içkilərinin davamlı istifadəsinin uşaqların sağlamlığına ciddi zərər vurması ilə bağlı əsaslı sübutlarla  aşkar edilib.

“British Medical Journal” nəşrinin ötən il yayımladığı bir məqalədə yazılır ki, daha çox enerji içkisi qəbul edən bir gəncdə ürək çatışmazlığı problemi ortaya çıxıb.

21 yaşında bir universitet tələbəsi iki il davamlı olaraq, hər gün 500 ml enerji içkisi qəbul edib, nəticədə 58 gün xəstəxanada müalicə olunub.

Samirə Tağıyeva, “İki sahil”