31 may 2022 17:15
895

Tundra yox ola bilər

Qlobal istiləşmə ilə əlaqədar Arktika bölgəsində ağac xətti sərhədinin sürətlə şimala doğru dəyişməsi tundra ekosistemi üçün böyük təhlükə yaradır. Almaniya alimlərinin fikrincə, 2050-ci ildə bir çox heyvanın yaşadığı tundra tamamilə yox ola bilər.

Alimlər xəbərdarlıq ediblər ki, qlobal istilərə qarşı mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunmasa, 2050-ci ilə qədər Arktika bölgəsinə spesifik tundra bitki örtüyündən əsər-əlamət qalmayacaq.

Almaniyadan olan tədqiqatçılar Sibir qaraçaqlarının şimala doğru genişlənməsinin təsirlərini diqqətlə araşdırıblar. Rusiyanın şimal-şərqindəki tundraya əsaslanan kompüter simulyasiyasına əsasən, bu ağacların sürətlə yayılması, xırda kol, yosun, mamır və likenlərdən yaranan tundraların mövcudluğu üçün təhlükədir.

Məlumat üçün bildirək ki, tundralar həmçinin şimal maralları, bayquşlar və qütb ayıları kimi heyvanlara ev sahibliyi edir.

Professor Ulrike Herzschuh qlobal istiləşmə artıq okeanlara təsirsiz ötüşməyib, lakin yerin də bundan öz payını alacağını vurğulayıb.

Vüsal Cahanov, “İki sahil”