01 iyun 2022 01:37
837

Dünyada az adamın sınadığı nadir məhsullar

Yemək ləzzətlərin ən gözəlidir. Bəli, acgözlük günahdır, amma bəzən özünüzü sevdiyiniz yeməklərdən məhrum etmək də “günahdır”. Yemək sevgisi insanları istedadlı aşpazlar və kulinariya mütəxəssisləri, qurmanlar, eləcə də yeni dad hissləri axtarışında dünyanın hər yerinə səyahətedən qastronomik turistlər edir. Bu kolleksiyada az adamın sınadığı çox nadir məhsullar var.

Svayson

Heyrətamiz bir Avstraliya bitkisi olan svayson yerli aborigenlər tərəfindən qida məhsulu kimi istifadə olunur. Çiçəyinin nüvəsi qızardılır və ya un halına gətirilir ki, bundan da əla, qidalı tortlar hazırlanır.

Qarpızlı turp

Süni yolla yaradılmış şirin dadı və ədviyyatlı acı tamı olan bitkidir. Bu bitki Avropada yetişdirilsə də, lakin orada gözlənilən tələbat olmadı. Amerikalı fermerlər kəsildikdə əsl qarpız kimi görünən parlaq tərəvəzə maraq göstərdilər. Onlar evdə əkməklə məhsulu məmnuniyyətlə populyarlaşdırdılar və bir çox ştatlarda fəal şəkildə becərməyə başladılar.

Mavi üzgəcli tuna

Mavi üzgəcli tuna ən bahalı balıq növlərindən biridir və əsasən elit suşi restoranlarında təqdim olunur. Bu tuna balığının əsas xüsusiyyəti balıq dadının və qoxusunun tam olmamasıdır. Buna görə də onu tez-tez "dəniz mal əti" adlandırırlar. Bu balığın ovu ehtiyatla aparılır. Balığın bazara çıxması üçün çəkisi 100-200 kiloqrama çatmalıdır. Belə bir nümunənin dəyəri bir milyon dollardan çox ola bilər.

Ağ kürü

Dünyanın ən bahalı kürüsü qara deyil, ağ kürüdür. Ən qiymətli məhsulu yalnız Xəzər dənizinin sularında rast gəlinən albinos beluqadan əldə edilir. Kürü ağ-qızılı rəngə və zərif dada malikdir. Zərifliyin qiyməti birbaşa balığın yaşından asılıdır. Beluqa nə qədər yaşlı olsa, qiymət bir o qədər yüksəkdir.

Bu gün yalnız İran şirkəti House Almas məhsulun istehsalına müstəsna hüquqlara malikdir. İstehsalçılar məmnuniyyətlə sizə təxminən 25.000 dollara standart kürü qutusunu satacaqlar.

Lotus kökü

Lotus kökü Çin, Yaponiya və Hindistanda delikates hesab olunur. Kəsilən zaman krujevaya bənzəyir. Məhsul isti yeməklər, qəlyanaltılar və içkilər hazırlamaq üçün istifadə edilə bilər. Kərəviz kökünə də bənzəyir. Asiya şəfaçılarının fikrincə, lotus inanılmaz müalicəvi xüsusiyyətlərə malikdir, gözəlliyi və gəncliyi bərpa etməyə qadirdir. Lotus böyük plantasiyalarda yetişdirilir.

“Qara brilyant” adlı alma

Dəniz səviyyəsindən 3,5 min metr yüksəklikdə (Tibet Muxtar Vilayəti) Nyinqçidə yerləşən bağlarda unikal meyvə bitir. Alma təkcə heyrətamiz rəngi ilə deyil, həm də zəngin şirin dadı ilə seçilir.

Adi mağazalarda qara alma tapmaq mümkün deyil. O, elit supermarketlərdə və ya sifarişlə gözəl hədiyyə qutularında satılır.

Nopal

Nopal meksikalıların ziyafətlərdə təqdim etdiyi bir kaktusdur. Böyük tərəvəz bağlarında yetişdirilir. İnanılmaz dərəcədə faydalı məhsuldur.

Rəngarəng qarğıdalı

“Glass Pearl” adlı qeyri-adi rəngli qarğıdalı amerikalı fermer Karl Barnes tərəfindən yetişdirilib. O, bu heyrətamiz nəticəyə nail olmaq üçün açıq tozlandırma üsulundan istifadə edib.

Onun dənələrindən əla popkorn və qarğıdalı unu hazırlayırlar.

Makadamiya qozu

Makadamiya qozu dünyanın ən bahalı qozudur. Qara kürü istehsalından daha az becərilir.

"Şokoladlı" bibər

Tünd şokolad rəngli bibərlər kanadalı fermerlər tərəfindən becərilir. Tərəvəz kakao paxlasının xoş, yüngül dadına malikdir.

Dulce

Dulce faydalı fitokimyəvi maddələrlə zəngin kövrək yosundur, dənizdən gələn super qidadır. Bu yosunlar çox vaxt xüsusi mağazalarda lopa şəklində satılır. Bununla belə, təzə bitki örtüyü xüsusi dəyərə malikdir. Onu əldə etmək heç də asan deyil. Ən təzə yosunlar yalnız dredgerlər-onların toplanması ilə məşğul olan insanlar tərəfindən yığılır.

Keçisaqqalı

Əvvəllər bu bitki yoxsul kəndlilər üçün qida rolunu oynayırdı. Keçi saqqalının dadı bir qədər kartofu xatırladır. Bu gün dəbli eko-restoranlarda ekzotik qəlyanaltı kimi istifadə olunur.

Nubar Süleymanova, “İki sahil”