02 iyun 2022 02:12
1097

Kəskin tər qoxusu nəyin əlamətidir?

İnsandan gələn kəskin tər qoxusu diabetin inkişafının əlaməti ola bilər.

Bu fikri rusiyalı endokrinoloq Natalya Podolxova söyləyib.

“Ən çox şəkər səviyyəsi yüksək olan xəstələrdə kəskin tər qoxusu yaranır. Orada aseton iyi aydın şəkildə sezilməyə başlayır, bu, keton cisimlərinin əmələ gəlməsi ilə - şəkərin əhəmiyyətli dərəcədə yüksəlməsinə bağlıdır",-deyə endokrinoloq bildirib.

Nataliya Podolxovanın sözlərinə görə, xoşagəlməz qoxu həm də qalxanabənzər vəzinin (tiroid) nasazlığını göstərə bilər – bu zaman tərləmə hissi ilə yanaşı, kəskin qoxu da yaranır. Həmçinin, artan tərləmə böyrəklər və ya ürəklə bağlı problemlərə işarə edə bilər.

Orqanizmdə xroniki yod çatışmazlığı tiroid xəstəliyinin inkişafına təkan verə bilər. Bunun qarşısını almaq üçün endokrinoloq Yekaterina Troşina adi duzu yodlaşdırılmış duzla əvəz etməyi məsləhət görür.

Nubar Süleymanova, “İki sahil”