08 iyun 2022 17:00
1621

Tarixin ən böyük xəzinəsi UZUN MÜDDƏT OKEANIN DİBİNDƏ QALACAQ

1708-ci ildə batan İspaniya donanmasının San Xose gəmisindən tapılan xəzinənin yeni görüntüləri yayılıb.

“İki sahil” “NTV”yə istinadən xəbər verir ki, 300 il əvvəl Karib dənizində İspan gəmiləri ilə Britaniya gəmiləri üz-üzə gəlib. İki donanma arasında baş verən qarşıdurmada İspaniyanın “San Xose” gəmisi batıb.

“San Xose” gəmisi 2018-ci ildə avtonom sualtı vasitələr tərəfindən kəşf edilib.

Kolumbiya ordusu ən böyük dağıntıdan yeni görüntülər paylaşıb. 2015-ci ildə tapılan gəmi 1708-ci ildə batarkən Amerikadan Avropaya xəzinə daşıyırdı.

Xəzinənin ağırlığı 200 ton olub

Mütəxəssislərin fikrincə, gəmidəki qızıl və qiymətli metalların dəyərinin 18 milyard dollar olduğu düşünülür. Gəmidəki qızıl, gümüş və zümrüdlərin ümumi çəkisinin 200 ton olduğu bildirilir.

Okeanın 900 metr altında batan gəminin ən müasir avadanlıqlarla fotoşəkilləri çəkilib. Qeydlərə baxdıqda dənizin dibində minlərlə qızıl sikkə olduğu görülür.

Bundan əlavə, gəmidə Çin çiniləri də diqqəti çəkir. Ərazidən əvvəllər aşkar edilməmiş iki gəminin qalıqları da tapılıb. Bu gəmilərin “San Xose”dən 100 il sonra batdığı təxmin edilir.

18 milyard dollarlıq sərvətin daha uzun müddət dənizin dibində qalacağı bildirilir. 2015-ci ildə gəmi aşkar olunan vaxt İspaniya, Boliviya və Kolumbiya arasında müharibə başlayıb. Hər üç ölkə də xəzinənin onlara məxsus olduğunu iddia ediblər. 1708-ci ildə gəmi batdığı zaman Kolumbiya İspaniya İmperiyasının müstəmləkəsi olub. Digər tərəfdən gəmidəki qiymətli materiallar daha çox indiki Peru və Boliviyaya aid torpaqlardan toplanıb. Ölkələr arasında gedən bu hüquq mübarizəsinə görə xəzinənin uzun müddət okeanın dibində qalacağı təxmin edilir.

Vüsal Cahanov, “İki sahil”