13 iyun 2022 12:31
873

Pərviz "Survivor"dan nə qədər qazanıb?

Türkiyədə "Survivor All Star" yarışmasında iştirak edən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev layihədəki qazancından danışıb.

“İki sahil” xəbər verir ki, idmançı bu haqda "Səhər mərkəzi" proqramında danışıb. O bildirib ki, hər həftə maaş alıb.

Pərviz qonorarının məbləğini açıqlamasa da "Yaxşı pul alırdım" cavabını verib. O bildirib ki, yarışmada ən çox maaşı "Survivor" çempionları alıb. 

Qeyd edək ki, Pərviz Dominikanda baş tutan yarışmaya ehtiyatda olan iştirakçı kimi qatılmışdı. O, ilk dəfə "Survivor"da 2020-ci ildə iştirak edib.