Bəzən insan öz zehni qabiliyyətini inkişaf etdirmək üçün müxtəlif metodları sınaqdan keçirir. Bunlardan bəzilərini sizə təqdim edirik.
Kofe için
Alimlər son araşdırmalarında kofeinin qısamüddətli istifadəsinin müsbət təsirini bir daha təsdiqləyiblər. Onların sözlərinə görə, qəhvə həm insanların həyat fəaliyyətinin dərəcəsini artırır, həm də onlara etdiyi işə yönəlməyə kömək edir. Kofein insanı daha ağıllı etmir, sadəcə beyninizi “təcili yardım” rejimində çalışdırır. Yalnız kofeinin aşırı dərəcədə çox istifadəsi gələcəkdə sağlamlığınıza zərər vura bilər.
Şərab için
Norveç alimlərinin son müşahidələrinə görə, mütəmadi olaraq şərab istehlak edən insanlar (xüsusən də qadınlarda) alkoqol qəbul etməyənlərə nisbətən daha yüksək göstəricilər nümayiş etdiriblər. Bir çox alimlər az miqdarda içilən şərabın düşünmə, nitq uyğunluğu, diqqət və digər zehni proseslərə faydalı təsirləri barəsində danışırlar. Fermentlərlə bol olan üzüm suyunun tərkibindəki antioksidantlar beynimizin qocalmasına mane olur.
Təmiz havada gəzin, “Günəşdən enerji alın”
Hamımız bilirik ki, həddindən artıq günəş işığı dəri üçün çox zərərlidir. Lakin beynimizin qidalanması üçün D vitamininə ehtiyac var və həmin vitamini əldə etmək üçün açıq havada gəzməliyik. Alimlərin müşahidələrinə görə, D vitamini beynin qocalma prosessini müəyyən qədər azalda bilir.Təmiz havada fiziki hərəkət etmək beynimizin inkişafına müsbət təsir edir.
Düzgün qidalar qəbul edin
Qəbul etdiyimiz şəkər və yediyimiz qidalardan aldığımız enerjinin təxminən 20% -i beyin fəaliyyətimizi artırır. Qidanın keyfiyyəti həm beyinə, həm də bütövlükdə bütün bədənimizə müsbət təsir edir. Buna görə, yorğunluğu azaltmaq və zehni səyləri optimallaşdırmaq üçün özünüzə uyğun pəhriz seçə bilərsiniz. Beynimizi qidalandırmaq üçün qlükoza ( bir cox meyvədə olur), yağ turşuları (dəniz məhsulları),vitamin E (qoz-fındıqda olur),amin turşuları və antioksidantlar(şərab da olur) qəbul etmək lazımdır. Beynimizi düzgün bəsləmək üçün avokado, qaragilə və dənli bitkilərdən istifadə etmək məsləhətdir.
Musiqiyə qulaq asın və rəqs edin
Musiqi beyinə unikal bir formada təkan verir. Musiqi dinləyən insanın beyninə baxsanız, onun nə qədər aktiv olduğunu görə bilərsiz. Musiqi ümumi zəkanı artırır və müşahidələrə görə, ağır xəstəliklər zamanı son itən musiqi yaddaşı olur. Fiziki məşqlər və rəqslər qocalma dövrünün qarşısını almağa kömək edir. Bir insan rəqs edərkən bədəni və başı ahəngdar işləyir. Rəqsdə olan hərəkətlər dəqiq psixomotor koordinasiya tələb edir, ona görə bu da diqqəti artırır və məkan yönümünə müsbət təsir göstərir. Yeni rəqs addımları öyrənmək düşüncə prossesini daha çevik edir. Rəqs edin, bu, həm gözəl, həm də faydalıdır.
Diqqətinizi yönəItməyi bacarın
Beynin tam gücü ilə çalışması üçün diqqəti konkret bir məsələyə yönətmək lazımdır. Yulias Sezarın sözlərinə görə, beyin tək bir problemi həll etdikdə daha səmərəli çalışır. Bəzən düşüncələrimizi “buraxmalıyıq” və mücərrəd bir şey haqqında düşünməliyik. Bununla beynimiz dincəlir. Son müşahidələr göstərir ki, daimi bir neçə şeyə diqqətin yönəlməsi məlumatların emalı prossesini ləngidir və beyni çox yorur.
“Tetris oyunu” oynayın
Tetris oynayarkən insan beyni dincəlir və bu qısa müddətli oyun beynimizdə olan boz maddənin miqdarını artırır. Son araşdırmalara görə, bu oyun beynin zehni fəaliyyətini artırır. Əsəbi vəziyyətdə “Tetris”oynayarkən mənfi təəssüratlarınızı unudaraq dincələ bilirsiz. Hətta həkimlər tövsiyə edirlər ki, bu cür oyunlar post-travmatik streslərin təsirini azaltmağa kömək edir .
Səhərinizi pozitiv fikirlərlə açın
Hamımız yuxunun əhəmiyyətini yaxşı bilirik. Gün ərzində enejili qalmaq üçün yuxudan necə oyanmağımız çox önəmlidir. Oyanan zaman bədənimizdəki kortizol hormonunun sayı beyinin gün ərzində fəaliyyətinə təsir göstərir. Son araşdırmalara görə, pozitiv insanların beyni hər hansı bir informasiyanı daha yaxşı qəbul edir.
Samirə Tağıyeva, “İki sahil”