18 iyun 2022 03:16
1036

İnfarktla bağlı bildiklərimizin çoxu mif imiş

Miokard infarktı ilə bağlı çox danışılır, ancaq əslində insanlar arasında bu haqda dolaşan miflər də az deyil. İnfarkt nədir? Ürək infarktı oksigen çatışmazlığı, qan çatışmazlığı nəticəsində toxumanın ölümüdür.

“Əgər qan damarlardan asanlıqla keçirsə, bu normaldır, ancaq bir növ lövhə meydana gəlirsə, trombositlər və xolesterol bir-birinə yapışırsa, damarda tıxanma var. Müvafiq olaraq, qan ora daxil ola bilmir, işemiya başlayıb ürək əzələsinin bir hissəsinin nekrozu ilə başa çatarsa ​infarkt baş verir”,-deyə rusiyalı həkim Aleksandr Myasnikov bildirib.

İnfarktın klassik simptomu döş qəfəsinin arxasında ağrıdır, ağrı çiyinə, qola, çənəyə yayılır. Lakin onu da bilmək lazımdır ki, bir adam sinə ağrısı ilə müraciət etdikdə, yalnız 5 %-də əsl infarkt olur, qalan hallarda osteoxondroz, perikardit, angina və s.

İnfarkt haqqında miflərə keçək:

Birinci mif: Xolesterin normaldırsa, infarkt olmayacaq. Təəssüf ki, belə deyil. Myasnikov xolestrini normasında olan, lakin infarktla xəstəxanaya yerləşdirilən yüzlərlə insan tanıdığını xüsusi qeyd edib.

Təəssüf ki, normal xolesterin göstəricilərinə malik olmaq bu məsələdə üstünlük deyil. Əsas faktor trombositlərdir. Bəzən bir-birinə yapışmağa başlayırlar, qan laxtası əmələ gətirirlər, xolesterin burada artıq faydasızdır.

İkinci mif: Seks infarkta səbəb ola bilər. Bəli, mümkündür, ancaq əlbəttə ki, bu zaman sağlam insan ölməz. Yüksək xolesterol, şəkər, bütün bu risk faktorları varsa, cinsi əlaqə orqanizm üçün yükdür. Bir insan qaçarkən infarkt keçirə bilər, eynilə cinsi əlaqə zamanı da kifayət qədər yüksək psixo-emosional və fiziki yük var. Özünə qulluq etməsə, məşq etməsə, damarlarının vəziyyətini bilməsə, təbii ki, ölə bilər. Belə hadisələri ətrafımızda da ara-sıra eşidirik. Ancaq ciddi narahatlığa əsas yoxdur.

Üçüncü mif: Sinə ağrısı həmişə infarkt əlamətidir. Əlbəttə ki, sinə ağrısı həmişə infarkt deyil. Təəssüf ki, çox vaxt infarkt ümumiyyətlə ağrısız baş verir. Ağrı infarkt üçün əsas əlamət ​​deyil, bəzən infarkt “maskalanır”. Çox vaxt ağrı heç olmur, amma ürəkbulanma, başgicəllənmə, şiddətli nəfəs darlığı, ölüm qorxusu kimi əlamətlər olur, tərləmə baş verir.

Bəzən insanın ürək xəstəliyi olur, ancaq bu barədə tamam məlumatsızdır. Bu, çox təhlükəlidir.

Myasnikov bu zaman nə baş verdiyini izah edib: “Ağrı siqnalı almırsınız. Ürək infarktı keçirən bir insan sürətli yeriyəndə, ürək əzələsində kifayət qədər qan olmur. Bu zaman ani sancı baş verir və “dayan” siqnalı ötürür. Biz dayanırıq və bu vaxt qan oraya daxil olan kimi ağrı dayanır"

Siqnal olmasa nə baş verir? Gəzməyə davam edirsən, nəticə infarkt olur, sadəcə ölürsən. Unutmayın ki, aritmik ölüm də var. Ürəyiniz dayanmadan ölə bilərsiniz, çünki həmin bölgə ölüdür. Adətən, bütün ölümlər antiaritmikdir, yəni ölümcül aritmiya baş verir.

Dördüncü mif: Nadir hallarda siqaret çəkirsinizsə, infarkt riski yoxdur. Anlamaq lazımdır ki, siqaretin istənilən forması zərərlidir. Nadir hallarda və ya müntəzəm olması fərq etmir, siqaret çəkmək koronar aterosklerozu kəskin şəkildə alovlandırır. Siqaret çəkmək o qədər də təhlükəli deyil, ancaq nəfəs aldığınız karbonmonoksid, yanma mikrohissəcikləri ağciyər xərçənginə səbəb olur. Karbon qazı (CO2) eritrositlə birləşir, artıq hemoqlobin yox, özü ilə oksigeni daşımayan methemoqlobin yaranır. Oksigensiz isə həyat yoxdur.

Beşinci mif: Yalnız yaşlılar infarkt riski altındadır. Təəssüf ki, infarkt 13 yaşında da baş verə bilər, məsələn, suçiçəyi ilə. Nadir hallarda suçiçəyi infarktla nəticələnə bilər. Eynilə Kavasaki xəstəliyi, yaxud COVID-in çoxiltihablı sindromu da belə nəticələnə bilər. Uşaqlarda da infarkt olur.

Altıncı mif: İdmançılar infarkt keçirmirlər. "Təəssüf ki, bu da mifdir.

Yeddinci mif: Aspirin infarktdan qoruyur. Bu, hələ təsdiqlənməyib. “Qoruyub – qorumayacağı dəqiq deyil, amma fakt hazırda bu, ilk yardımdır.İnfarkt keçirən insana ilk yardım ona aspirin tableti verməkdir”,-deyə həkim vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”