19 iyun 2022 09:49
1421

Sürətlə böyüyən qara dəlik aşkarlanıb

Son 9 milyard ildə ən sürətlə böyüyən qara dəlik aşkar olunub. Yeni kəşf Avstraliya Milli Universitetinin astronomları tərəfindən həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə məqalə Avstraliya Astronomiya Cəmiyyətinin jurnalında dərc edilib.

Məqalədə yeni qara dəliyin Sentavr bürcündə tapıldığı bildirilir. Məlumata görə, o, Süd Yolunun mərkəzindəki qara dəlikdən təxminən 500 dəfə böyükdür.