20 iyun 2022 17:00
1199

Qızılı belə geridə qoyanlar... - FOTO

Kərgədan buynuzu

 Bu məhsulun vətəni Vyetnamdır. Gərgədanların buynuzları olduqca qiymətlidir. Kərgədan buynuzunun qramı 110 dollara satılır.

Vanil

Vanil tropik ərazilərdə bir orxideyanın lobyaya bənzər budaqlarının qurudulması ilə  əldə edilir. 2017-ci ildə Madaqaskarda vanil plantasiyalarının küləklər ucbatından zərər görməsi nəticəsində vanilin qiyməti ikinci dəfə rekord həddə çatıb və kilosu 600 ABŞ dollarına yüksəlib.  Belə ki, yay aylarında ehtiyat böhranına səbəb olmamaq üçün dondurma şirkətləri vanilli dondurma istehsalını məhdudlaşdırıb.

Rodium

 İngilis kimyaçı tərəfindən kəşf edilən rodiumun yunanca “qırmızı” mənasını  verir. 1803-ci ildə Viliam Hyde Vollaston tərəfindən palladiumun kəşfinin dərhal ardından tapılmışdır. Hyde Vollaston bu maddəni İngiltərədə işlənməmiş və Cənubi Amerikadan aldığı platini istifadə edərək əldə etmişdir. Rodiumun qramı 58 ABŞ dollarıdır.

Heroin

Ən təhlükəli maddələrindən biridir. Narkotik maddə olan heroin şüuru dəyişdirir.  Komaya  səbəb ola bilən heroin  dünyanın ən bahalı maddələri  sırasına daxildir. Onun 1 qramı təxminən 131 dollardır.

Printer mürəkkəbi

Printerinizdən nə qədər istifadə etdiyinizə diqqət etməyiniz lazımdır. Çünki təchizat şirkətləri printerdən çox mürəkkəbindən pul qazanırlar. Mürəkkəb katricini dəyişdirməyin qiyməti markasına görə, 8-27 dollar arasında dəyişir. 23 dollarlıq 4 ml qara mürəkkəb katrici ilə ancaq 200 səhifə çap etmək olar.

Painite

1950-ci ildə Artur C.D. tərəfindən kəşf edilən bu maddə ləl-cəvahirat xammalı kimi istifadə edilir. Painitenin kimyəvi tərkibi kalsium, sirkonium, bor, alüminium və oksigendən ibarətdir. Onun qramı 9 min dollardır.

Herpes əleyhinə kremlər

Reseptsiz alınan bəzi dərmanların da olduqca bahalı olduğunu görə bilərik. Araşdırmalar, xüsusilə krem və pomada şəklində olan dərmanların qiymətinin artdığını göstərir. Məsələn, uçuqlama olaraq bildiyimiz herpes virusuna qarşı istifadə edilən Zovirax (Aklovir 5%) adlı kremin 2 qramının Böyük Britaniyada qiyməti 6,75 dollardır. Yəni kilosu 3375 dollar deməkdir.  Amma ABŞ-dakı qəribə sağlamlıq sığorta sistemi səbəbi ilə bu dərmanın bir qramının xəstəyə maliyyəti 2007-ci ildə 22 dollar olarkən, 2015-ci ildə 168 dollara qalxıb. Lakin qiymətlərin son vaxtlar düşdüyü və bir qramın 48 dollara olduğu bildirilir.

Botoks

Bu maddə xüsusilə qadınların istifadə etdiyi maddələrdən biridir. Botoks, başqa adla desək, botulinum ilk dəfə 18-ci yüzillikdə Almaniyada pis şəraitdə hazırlanan sosiskaların tərkibində aşkarlanıb və ona görə də latınca sosiska mənasına gələn botulusa uyğun adlandırılmışdır. Kosmetologiyada botoksun  bir milliqramlıq miqdarı duzlu su ilə qarışdırılaraq sinir uclarına tətbiq olunuraq sinir və əzələ arasında olan əlaqəni zəiflədir. Bunun nəticəsində qırış nahiyəsindəki əzələ hərəkətində məhdudiyyət dərmanın təsiri keçənədək qalır. Həmçinin bu maddənin 2 kq-ı kütləvi şəkildə insan ölümünə səbəb olacaq gücə sahibdir. Maddənin belə güclü zəhər olması onun dəyərini birə beş artırır. Bu təhlükəli maddə hərbi təsisatlarda istehsal olunur və kilosu 100 trilyon sterlinqə satılır.

Zəhərə qarşı maddələr

İlan və ya əqrəb sancmasına qarşı istifadə edilən antidotlar (zəhərə qarşı istifadə edilən maddə) dünyanın ən bahalı mayeləri sırasında yer alır. Dünyada tək dozalı bu antidotların qiyməti 7 min 900 dollardan 39 min dollara qədərdir. Bir qədər əvvəl ilan sancmasına qarşı antidotun qiyməti 57 min dollara yüksəlmişdi. ABŞ-da ildə 8 min ilan sancması hadisəsinə rast gəlmək olar. Bu rəqəm Afrika və Cənubi Amerikada daha yüksəkdir.

Zəfəran

Zəfəran fəsiləsindən olan soğanlı bir bitkinin çiçəyindəki hissələrdən əldə eilən zəfəran dünyanın ən bahalı ədviyyatıdır. Bir kiloqram  zəfəranı əldə etmək üçün 150 min çiçəyin sarı rəngli təpəciklərini əllə toplamaq lazımdır. Keyfiyyətinə bağlı olaraq zəfəranın kilosu 2 min dollar ilə 15 min dollar arasında dəyişir. Pərakəndə satışda isə bir qramın qiyməti 5-25 dollar arasındadır. Yeməklərə  bir rəng və xoş bir qoxu qatan zəfəranın depresiyaya yaxşı təsir etdiyi, obezit xəstəliyinə qarşı mübarizədə kömək etdiyi və göz qişasını qoruduğu bildirilir. Zəfəranın bu qədər bahalı olması bəzilərini saxta zəfəran istehsal etməyə belə təhrik edir. Çiçəklərin təpəcikləri yerinə boyanmış ipək ipliklər, iplik vəziyyətinə gətirilmiş çuğundur və fərqli çiçəklər zəfəran adı ilə satılır. Bir qədər əvvəl aparılan bir araşdırmada sınaqdan keçirilən zəfəranın yarısının saxta olduğu məlum olub.

İnsan qanı

Bədənimizdə 9-12 litr arasında qan var. Bunun 1,5-2 litrini itirmək ölümə səbəb ola bilər. Satıldığı ölkəyə görə dəyişməklə bərabər bir vahid (yarım litrə yaxın) insan qanının qiyməti 375 dollardır. Dondurulub saxlanılmış bir vahid qanın qiyməti 1000 dollardı.  Qan vermək istəyən insan sayının az olması və qan nəqli edilmədən əvvəl çox sayda analiz verilməsi qiyməti artıran amillərdəndir.

Samirə Tağıyeva, “İki sahil”