ABŞ-ın Texas ştatından olan Mikaila Ulmer 4 yaşında nənəsinin resepti ilə hazırladığı limonadları kütləvi istehsal edərək öz şirkətini qurdu. İndi 17 yaşında olan Mikaila Ulmerin heyranedici hekayəsi bütün dünyada rezonans doğurur.
Onun həyatı nənəsindən köhnə yemək kitabı aldıqdan sonra dəyişdi. O zaman 4 yaşlı qız içki şirkəti quraraq istehsala başlayıb. Cəmi 7 il ərzində kiçik qız milyoner olub. 11 yaşında ikən ABŞ brendi Whole Foods ona bu içkini satmaq üçün 11 milyon dollar (9 milyon funt sterlinq) ödəyib.
11 milyon dollar qazanıb
17 yaşlı qız 12 yaşına çatmamış 11 milyon dollar qazanıb və onun qurduğu şirkət o vaxtdan bu yana böyüməyə davam edib.
Bəs, Mikaila Ulmeri zəngin edən və böyük şirkətlər tərəfindən seçilən bu limonadın xüsusi tərəfi nədir?
Resept 1940-cı illərin kətan toxumu limonadının reseptidir. Mikaila bu reseptə bir qədər bal əlavə etdi və bu əlavənin əhəmiyyəti qısa zamanda özünü göstərdi.
Onun bu içkisini satmaq istədilər
2016-cı ildə Whole Foods Mikailanın Me & the Bees adını verdiyi içkini satmaq üçün ona böyük təklif irəli sürüb. Bu böyük pul sövdələşməsi təkcə Mikailanı milyonçu etmədi.
Qeyd etmək yerinə düşər ki, Mikailanın bu məhsulu 18 yaşından əvvəl Amerikada 1500 mağazada satılıb.
Gənc sahibkar bununla kifayətlənməyib. Pul qazandıqca sərmayə qoymağa davam edib. Limonaddan sonra o, öz dodaq balzamını istehsal etdi və daha sonra öz kitabını yazdı.
Ətraf mühitin mühafizəsi mövzusunda da bilikli olan gənc qız, satılan hər içki üçün qazancının 10 faizini arı xilasetmə təşkilatlarına yönləndirir.
Mikayla öz saytında deyir: “Sevdiyim limonadıma şəkər əvəzinə arılardan bal əlavə edərək yeni bir dad vermək qərarına gəldim və “Sweet Limonade” belə yarandı. Lakin müəllif hüquqları ilə bağlı problemə görə adı dəyişməli olduq və içkini Me & the Bees Limonade adlandırmağa qərar verdik."
Vüsal Cahanov, “İki sahil”