KÖŞƏ

Vəli İlyasov

İt itliyini tərgidər, sümsünməyini tərgitməz

21 iyun 2022 00:49
1277

Belə görünür ki, bizə məxsus olanları oğurlamaqdan usanmayan ermənilər heç vaxt islah olunmayacaqlar

Hamımızın zəhləsi getdiyi ağcaqanadlarla ermənilərin bir çox oxşarlıqları var...Hər ikisi insan qanına susayır, parazit həyat sürür, marığa yatıb fürsət düşəndə hücum edir, qan sormayınca əl çəkmir.

Bu, qabarıq bir həqiqətdir ki, ermənilər daim Azərbaycana məxsus nə varsa, hamısına göz dikiblər. Dolmasından tutmuş tütəyinə qədər  əllərinə keçənə, gözlərinə görsənənə dərhal erməni yarlığı yapışdırmaqdan çəkinməyiblər.  Yarandıqları gündən köçəri həyat sürmüş bu vəhşi toplum özünəməxsus heç nə yarada bilmədiyi üçün daim başqalarının maddi və mənəvi xəzinələrindən  oğurlamaqla məşqul olub. “İt itliyini tərgitdi, sümsünməyini tərgitmədi” deyiblər. Onlar hətta XXI əsrdə də, yəni, indiki günlərdə də bu yaramazlıqlarını davam etdirirlər. Belə görünür ki, anadangəlmə utanmaq, abır-həya hissləri olmayan ermənilər heç vaxt islah olunan deyillər.

Xülasə, ermənilər əlli ildən artıqdır ki, Kəlbəcərdəki  bir sıra Alban abidələrinə və oranın təbii sərvətlərinə də göz dikiblər. İyirmi səkkiz illik işğal dövründə ermənilər bu sahələr üzrə “lazımi fəaliyyət” göstəriblər. Alban kilsələrinə ermənicə çərənləmələr yazıb yapışdırıblar, qızıl mədənlərimizi cinayətkarcasına istismar edərək tonlarla qızılımızı Ermənistana daşıyıblar. Onların Kəlbəcərdəki İstisu kimi məşhur müalicəvi əhəmiyyəti olan suyumuzu butulkalara dolduraraq birini dörd dollara satıb yaxşı pul “qazandıqları”  da məlumdur.

Məlumat verilir ki, bu yaxınlarda üç erməni keşişi Rusiya "sülhməramlı"larının müşaiyəti ilə Alban abidələrini nəzərdən keçirib. Onlar səsləri çatan hər yerdə bu abidələri  azərbaycanlılar tərəfindən dağıdılmış erməni məbədləri kimi təqdim etməyə çalışırlar. Hansı ki, bu abidələr VII-XIV əsrlərdə tikilib və otuz illik işğal illərində baxımsız qalduğu üçün yararsız hala düşüb. Tarixi faktdır ki, həmin əsrlərdə Azərbaycan ərazisində ermənilərin izi-tozu belə olmayıb.

Ümumiyyətlə, Kəlbəcər ərazisində 4 böyük Alban abidəsi var və ermənilər həmin abidələrə iddia edirlər. İndi xüsusilə işğal dövründə Qriqoryan kilsəsi formasına saldıqları kilsəyə ziyarət axını təşkil etmək istəyirlər, amma Azərbaycan dövləti artıq onların o əraziyə buraxılmasını qadağan edib. Həmin kilsəyə də Alban kilsəsinin varisi kimi udinlərdən xüsusi keşiş və kilsə qulluqçuları təyin edilib. Azərbaycan dövləti bu kilsələrin hamısını təmir etmək, abadlaşdırmaq, əvvəlki görkəmini bərpa etmək və Alban abidələri kimi öz nəzarəti altında saxlamaq fikrindədir. 

Ermənilərin məqsədi isə həmin abidələri dünyaya car çəkərək erməni abidələri kimi təqdim etmək və abidələrin azərbaycanlılar tərəfindən dağıdıldığını qələmə verməkdir. Ancaq onu da qeyd edək ki, sındırılmış erməni təbliğat maşını indi qəza vəziyyətindədir və əvvəlki kimi  bol zəhər istehsal edə bilmir.

Qeyd edək ki, cəmi bir neçə gün əvvəl, daha dəqiq desək,  iyunun 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri düşməni cavab atəşi ilə susdurub. Əslində onların məqsədi heç də hərbi əməliyyatların başlaması demək deyil. Onlar yeni müharibədən it kimi qorxurlar və it kimi hürüb qorxutmaq və öz cinayətkar əməllərini müxənnətcəsinə davam etdirməkdir. Atəş açmağın mənası budur ki, yəni, yatmamışıq, oyağıq. Ancaq buna da az qalıb. Ərazilər delimitasiya və demarkasiya olunandan sonra bu “it hürüşləri” də kəsiləcək.