21 iyun 2022 01:48
778

Qastrit və mədə xoraları necə aşkar edilə bilər?

Ural Federal Universitetinin (UrFU)  kimyaçıları insan tüpürcəyinin turşuluğunu (pH) təyin etmək üçün sensor hazırlayıblar.

Təhlil üçün yalnız bir floresan maddənin mikrodozu və spektrofluorimetr tələb olunur. pH məlumatları 5-7 saniyə ərzində görünür.

Bu sensor rusiyalı tədqiqatçılar tərəfindən yaradılmış yeni birləşmə əsasında hazırlanıb. Bu, bioloji mayelərdə pH-ın ən kiçik dalğalanmalarını "hiss edən" güclü və sabit emissiyaya malik flüorofordur.

2015-ci ildən indiyədək elm adamları 70-dən çox yeni birləşməni sintez edərək təhlil aparıblar. Onlardan altısı arzuolunan nəticəni verib. Nəticədə, biri flüorofor kimi seçildi və sensorun əsasını təşkil etdi.

Tüpürcəyin pH-analizinin köməyi ilə bir sıra xəstəliklər asanlıqla və lazımsız ağrılı prosedurlar olmadan erkən mərhələdə müəyyən edilə bilər. Bunlar əsasən mədə-bağırsaq traktının xəstəlikləridir: qastrit, xoralar, duodenit və s.

Yüksək pH səviyyəsi ağız boşluğunda da xəstəliklərə də səbəb ola bilər.

Tüpürcəyin pH-analizinin köməyi ilə bir sıra xəstəliklər asanlıqla və lazımsız ağrılı prosedurlar olmadan erkən mərhələdə müəyyən edilə bilər. Bunlar əsasən mədə-bağırsaq traktının xəstəlikləridir: qastrit, xoralar, duodenit və s.

Yüksək pH səviyyələri ağız boşluğunda da xəstəliklərə də səbəb ola bilər.

Yeni sensor toksik deyil və təkrar istifadə edilə bilər. Onu əldə etmək üçün katalizatorlar (nikel, mis, palladium) və əlavə reagentlər tələb olunmur. Bundan əlavə, sensor suda həll olunur.

Yeni kimyəvi sensorlar, həmçinin suyun analizi üçün (turşuluq səviyyələrinin ölçülməsi, metalların və ya toksinlərin mövcudluğunun aşkarlanması) və tədqiqatçıların hüceyrədaxili prosesləri öyrənməsi üçün fluoresan zondlar kimi istifadə oluna bilər. Bu imkan hələlik araşdırılmamışdır.

Bundan əlavə, Ural alimləri tərəfindən əldə edilən üzvi floroforlar biotibbi sahədən başqa digər sahələrdə də tətbiq oluna bilər. Xüsusilə, molekulyar elektronikada istifadə olunur. Oxşar üzvi molekullar günəş batareyalarında və məsələn, kompüterlərin və monitorların OLED ekranlarının yaradılmasında istifadə olunur.

“Dyes and Pigments” jurnalında rus alimlərinin bu tədqiqatını təsvir edən araşdırma dərc olunub.

Nubar Süleymanova, “İki sahil”