21 iyun 2022 17:27
943

Məşhurların fobiyası

Fobiyalar bəzən insanlara fəaliyyətlərində problem yaratsa da, əsasən çox da təhlükəli olmur. Hər kəs kimi məşhurların da bəzi səbəblərdən yaranan bu tip qorxuları var.

"İki sahil" dünya ulduzlarından bəzilərinin fobiyalarını təqdim edir.

Kayli Cenner və Nikol Kidman

Dünyaca məşhur 24 yaşlı model Kayli kəpənəkləri görəndə qorxur. Lepidopterofobiya adlı bu fobiyadan Nikol Kidman da əziyyət çəkir. Kayli qanadlı həşəratlarla yanaşı fincanın içindəki tozdan da qorxduğunu dəfələrlə etiraf edib.

Martin Friman

İngiltərəli aktyor avokado toxumlarından qorxur. Bununla belə gündəlik qida rasionunda avokado olan Friman bu daddan imtina edə bilmədiyini bildirir.

Adel

Müğənni 9 yaşı olarkən sahildə qağayının hücumuna məruz qalıb. Bundan sonra onda quşlara qarşı qorxu hissi yaranıb.

Metyu Makkonaxi

Amerikalı aktyorun qorxusu da Adel kimi uşaqlıqda yaranıb. O, fırlanan qapılardan qorxur. Belə ki, Metyu dönən şüşə masaya görə zədə alıb. Bu səbəbdən aktyor mümkün olduğu qədər adi qapılardan istifadə etməyə çalışır.

Meqan Foks

Aktrisa papirofobiya - kağız qorxusundan əziyyət çəkir. Buna görə də o, ssenarilərin yazıldığı kağızların fayllara qoyulmasını istəyir. Meqan əlləri üçün bir stəkan su olmadan kitab oxumur.

Kendal Cenner

Model, aktrisanın qorxusunun adı isə tripofobiyadır (nizamsız naxışlar, kiçik çuxurlar və ya qabarcıqlardan qorxmaq). Kendal açıqlamalarının birində onu keksin, pətəklərin və lotus gülünün əsəbiləşdirdiyini qeyd edib.

Conni Depp

Aktyor təlxəklərdən qorxur.

Skarlet Yohansson

“Biz zoopark aldıq” komediyasının çəkilişi aktrisaya ornitofobiya - quş qorxusu qazandırıb. Belə ki, çəkiliş zamanı tovuz quşlarının ona tərəf qaçması Skarleti qorxudub.