21 iyun 2022 18:45
2735

İnsan psixologiyası ilə bağlı maraqlı faktlar

Heç bilirdinizmi ki, xarici görünüşün və cinayətlə birbaşa əlaqəsi var. Cinayətkar adamlar daha az cəlbedici olurlar. Daha cazibədar olan insanlar nadir halda cinayət edirlər.

İnsan beyni ən qısa zaman kəsiyində, eyni anda 5-7 informasiya bloku yadda saxlaya bilir. Bu, orta ağıl göstəricisinə malik bütün insanlar üçün belədir. Yaddaşında 10 informasiyanı birdəfəyə saxlaya bilən insanlara çox nadir hallarda rast gələ bilərsiniz.

 Sən demə, insanın beyni ilə qarnı arasında bağlantı var. Bu səbəbdən də həyacan keçirdiyimiz zaman qarnımızda ağrı hiss edirik.

Qadın şahid və kişi şahid, cinayəti başqa detallarda yadda saxlayırlar. Məsələn, əgər cinayətkar çantanı oğurlayıb qaçdıqda, qadın şahidlər qurbanın üz ifadəsini, kişilər isə cinayətkarın üz ifadəsini yadda saxlayır.

Xəyalpərəst insanlar digər insanlardan daha çox yuxu görür.

Mağazada paltar almağa girən qadınlar, psixoloji olaraq, asılqanda asılan və səliqəsiz, bir-birinə qarışan vəziyyətdə asılan paltalara yaxınlaşıb baxırlar. Nədənsə axtardıqlarının məhz orada olduğunu düşünürlər.

Texnologiyanın inkışafı ilə bağlı insanlar arasında yeni  "Nomofobil” adlan bir fobiya yaranıb. Bu fobiyadan əziyyət çəkən insanlar  telefonunu itirməkdən və bağlantının kəsiləcəyindən qorxurlar.

Təşəkkür etməyi bacaran insanlar üçün xoşbəxt olmaq daha asandır.

Qara geyimdə oynayan komandalar, hakim tərəfindən daha çox cəza alırlar. Bu fakt, NXL statistikasında təsdiq olunub.

Əgər gecələr sizi qorxulu yuxular narahat edirsə, deməli, yatdığınız zaman sizə soyuqdur. Bu artıq  elmi faktdır. Belə ki,  yatdığınız otaq soyuqdursa, qorxulu yuxu görmək şansınız bir o qədər çoxdur.

Hər bir insanın içində 3 fərd var: insanın özünün özü haqqında təsvirindəki fərd, digərlərinin insan təsvirindəki fərd və insanın həqiqi kimliyi.

Televiziyaların həyatımıza girməsi bəzi insanlarda "Truman sindromu”nun ortaya çıxmasına səbəb olub. Belə ki, belə şəxslər gizli şəkildə kameraya çəkilib televiziyada göstərildiklərini zənn edirlər.

Psixologiyada belə bir prinsip var: Hər hansı bir hadisəni nə qədər böyük həvəslə gözləsəniz, bir o qədər çox məyus olmaq ehtimalınız var.

Samirə Tağıyeva, “İki sahil”