23 iyun 2022 13:15
837

Yuri Şatunov vəfat edib

Məşhur “Laskovıy may” (“Həzin may”) qrupunun solisti Yuri Şatunov vəfat edib.

"İki sahil"in TASS-a istinadən verdiyi xəbərə görə, 48 yaşlı müğənni infarktdan ölüb.

Qeyd edək ki, ötən əsrin 80-ci illərin sonunda yaranan “Həzin may” estrada qrupu keçmiş SSRİ-də qısa zamanda böyük məşhurluq qazanıb.