23 iyun 2022 14:33
1329

Diqqətimi çox işıqlarla çəkmək istədilər... - Lətifə Soyuöz

"Gözlər qəlbin aynasıdır. Gerçəkləri oradan görə bilərsiniz. Sadəcə, diqqətlə izləyin. Kənardan bütün həqiqətləri görəcəksiniz. Heç gözləmədiyiniz anda".

“İki sahil” xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz instaqram hesabında yazıb. Sənətçi izləyicilərinə məsləhətlər verərək, sözlərini belə davam edib: "Bu həyatı şərəfiniz və xasiyyətinizlə yaşayın. Gerisi boş... Özümə sayqım sonsuzdur. Çünki hər zaman eyni yerə baxıram. Əqidəm, düşüncəm eynidir və eyni yerə bağlıdır. Diqqətimi çox işıqlarla çəkmək istəsələr də, Lati frenkansını gözəl bilir. Lakin bu xasiyyət və özəllikdir, nadir insanlara məxsusdur. Həyata baxışını dəyiş, çəhrayı eynəklərdən uzaq ol. Bu məsləhət tək özümə deyil, hər kəsədir".