23 iyun 2022 18:00
1906

Gənc yaşlarından məşhurlaşan tarixi şəxsiyyətlər - FOTO

Hər məşhur insanın özünəməxsus uğur yolu var. Bu gün sizə məhz gənc yaşlarından tarixə düşməyi bacaran tanınmış simalardan danışacayıq.

Janna Dark

Fransanın milli qəhrəmanı sayılan Janna Dark çox qısa bir ömür yaşamışdır. Onu həmyaşıdlarından fərqləndirən yeganə bir amil  Darkın dinə böyük hörmət bəsləməsi və özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu “Tanrının və Həzrəti Məryəmin xidmətçisi” adlandırmışdı. Janna Darkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 16 yaşı tamam olan Janna ingilislərə qarşı vuruşmağa başlayır. Bir sıra qələbə qazanan Dark 19 yaşında ingilislərin müttəfiqi burqundlara əsir düşür və onlar qənc qızı ingilislərə satırlar. Janna Darkı cadugar adlandıraraq onu tonqalda diri-diri yandırmışdılar. Lakin yalnız 1920-ci ildə katolik kilsəsi Janna Darkı müqəddəslər sırasına daxil etmişdir. Onun haqqında bir çox əsərlər yazılmışdır və bu qəhrəman xanımın adi tarixə həkk olunmuşdur.

Silviya Plat

Silviya Plat müasir Amerika poeziyasının əvəzolunmaz simalarından biri hesab edilir. Silviya Plat cəmisi 30 illik çox qısa bir ömür yaşamışdır. Silviyanın atası alman mühaciri idi. Çox sərt adam olsa da, onu çox sevirdi. Atası ölərkən Silviya 8 yaşında idi və məhz buna görə birinci şeirini atasına həsr edir. Atasının sərt davranışları balaca Silviyanın psixikasında silinməz izlər buraxır. Onun yazdığı qalmaqallı “Atacan”şeirində bu  əks olunmuşdu. Depressiyadan əziyyət çəkən şairə intihara cəhd etdiyi üçün ruhi xəstəxanaya yerləşdirilmişdi. Ailə həyatı qurandan sonra ərinin qısqanclıqları onun həyatını zəhərə çevirir. “Şüşə qapaq altında” romanı onun son əsəri olur. Bu əsərin nəşrindən bir ay keçməmiş gənc şairə intihar edir. 31 yaşı olarkən ikinci mərtəbədə yatan uşaqlarına səhər yeməyi hazırlayıb qoyduqdan sonra həyatından bezən Silviya yuxu dərmanı içir və başını sobaya soxaraq intihar edir.

Otto Vayninger

Məşhur Avstriya filosofu Otto Vayninger cəmi 23 il yaşayıb. O, 22 yaşında yazdığı “Cins və xarakter” adlı məşhur kitabında qadınların individuallıqdan məhrum cinsi tələbat məhsulu olduğunu iddia edirdi. Onun bu kitabı bestsellerə çevrilmişdi. Bu kitabın nəşrindən qısa müddət sonra Vayninger intihar edir.

Volfqand Amadey Motsart

Dahi Avstriya bəstəkarı Mosart Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biridir. Gənc yaşlarından Motsart qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlamaq və improvizə etmək kimi fenomenal qabiliyyətlərə malik olmuşdur. Onun yaratdığı 626 simfonik əsər dünyanın ən nüfuzlu orkestrlərinin konsert repertuarlarının ayrılmaz parçasını təşkil edir. Dahi bəstəkar 15 yaşından başlayaraq yaratdığı operaları ilə bəşəriyyətin tarixində silinməz iz qoymuşdur.

Fridrix Şellinq

Fridrix Şellinq klassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil olunmuşdur. Yohan Qotib Fixte tərəfindən irəli sürülən fundamental qavrayış və idealist düşüncə tərzi fikirlərini qəbul etməklə birlikdə, insan iradəsinə zidd hadisələrin baş verməsi fikrinə qarşı çıxmışdır. Uzun ömür yaşayan filosof, əsas əsərlərindən sayılan “Transsendental idealizm sistemi”ni 25 yaşında yazmışdı.

Evaris Qalua

Müasir cəbrin və qrup nəzəriyyəsinin banisi olan Evaris Qalua kəşfini gənc yaşlarında edib. Qaluanın qrup nəzəriyyəsindən müasir kvant mexanikasında, kristalloqrafiyada və təbiətşünaslıqda istifadə olunur. Son yüzillikdə riyaziyyatın bütün sahələrində Qaluanın ideyaları öz əksini tapmışdır. Gənc alim çox erkən- 20 yaşında dueldə öldürülmüşdür.

Albert Eynşteyn

Tarixin ən nüfuzlu şəxslərindən biri olan alman fiziki Albert Eynşteyn 6 yaşına qədər danışa bilməmişdi və ilk məktəb illərində dərslərdən çox geridə qalmışdı. Müəllimləri hər zaman valideynlərinə ondan şikayət edirdilər. Artıq yuxarı siniflərdə oxuyarkən Eynşteyn yaxşı oxumağa başlayır. 26 yaşı olarkən dünyaya səs salan “Nisbilik nəzəriyyəsi”ni yaradır. Nəzəri fizika elmində xidmətlərinə və fotoelektrik effekt qanununun kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür.

Mark Zukerberq

Mark Zukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits, Eduardo Sovarin və Kris Hyuces ilə birliktə ictimai paylaşma saytı olan “Facebook”u quraraq dünyanın ən gənc milyarderi olmuşdur. Sosial şəbəkə olan “Facebook”u quranda onun cəmi 20 yaşı var idi. İndi isə o, 32 yaşındadır və hələ də dünyanı heyrətləndirməyə davam edir.

Samirə Tağıyeva, “İki sahil”