25 iyun 2022 16:43
750

İranda təyyarə biletləri əcnəbilərə dollarla satılacaq

İyulun 4-dən etibarən xarici vətəndaşlara İranın daxili reysləri ilə uçmaq üçün bilet dollarla satılacaq.

"İki sahil" xəbər verir ki, bu barədə İranın Hava Yolları Assosiasiyasının açıqlamasında deyilir. Açıqlamada bildirilib ki, uçuş müddəti 1 saatdan az olan reyslər üçün biletin qiyməti 100 dollara, 1 saatdan çox olan reyslər üçün 150 dollar olacaq.