03 iyul 2022 12:32
567

2035-ci ildən Avropada ənənəvi avtomobillər erası bitir

Avropa İttifaqı ölkələri 2035-ci ilə qədər yeni minik və yük maşınları üçün karbon qazı emissiyalarının aradan qaldırılması təşəbbüsünü təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

"Şura CO2 tullantılarının azaldılması hədəflərini 2030-cu ilə qədər minik avtomobilləri üçün 55%-ə, yük avtomobilləri üçün isə 50%-ə yüksəltməyə razılaşıb. Şura həmçinin yeni avtomobillər üçün 2035-ci ilə qədər karbon qazının 100% azaldılması hədəfini təsdiqləyib", - deyə mətbuat xidməti məlumat yayıb.