03 iyul 2022 14:13
1010

Evini “Barbi” üslubunda təmir etdirdi - FOTO

Braziliyalı xanım uşaqlıqdan "Barbi" gəlinciklərinin fanatı olduğu üçün evini çəhrayı rəngə boyayıb. O, təmir işlərinə təxminən 170 min funt sterlinq xərcləyib.

 

“İki sahil” xəbər verir ki, məktəbdə "gəlincik" ləqəbi ilə tanınan Bruna Barbie uzun illərdir ki, çəhrayı ev arzusunda olub. Artıq onun yataq otağı, məişət texnikası, mətbəx əşyaları, vanna otağı, eləcə də paltarları, eynəkləri və ayaqqabıları çəhrayı rəngdədir.

Qadın bu pulu sosial şəbəkələrdə məşhurlaşaraq qazanıb. Onun "TikTok"da 18 milyondan çox izləyicisi var.