05 iyul 2022 01:58
998

Gələcək artıq gəldi - FOTO

“Mojo Visions” tam işləyən artırılmış reallıq linzalarını nümayiş etdirib. Layihə “Mojo Lens” adlanır. Linzalar birbaşa linza korpusuna quraşdırılmış batareyalar sayəsində avtonom işləyirlər. İçərisində diametri 0,5 mm-dən az olan, 14 min piksel təsvir ölçülü displey də var.

 Oobyektivdə, həmçinin başın və gözün hərəkətini izləyən, şəkili hərəkətsiz edən və interfeysi əllər olmadan idarə etməyə imkan verən bir neçə sensor quraşdırılmışdır. Təcrübəçilər tərəfindən artıq bir neçə funksiya sınaqdan keçirilmişdir: naviqasiya sistemi, sifariş edilmiş taksinin izlənilməsi və mətnin göstərilməsi üçün suflator proqramı.

Nubar Süleymanova, “İki sahil”