06 iyul 2022 12:01
1024

Hamiləlik qadınları cavan saxlayır 

Ana olmaq qadınları  cavanlaşdırır.  Mütəxəssislər  bu fikrə  apardığı təcrübələr əsasında  gəliblər. Otuz beş yaşından sonra uşaq dünyaya gətirən qadın  yaşından daha çox cavan görünür. Bu da ondan irəli gəlir ki, hamiləlik dövründə  qadın orqanizmi  əvvəlki vaxtdan artıq  hormon ifraz edir, bu  hormonlar xarici görkəmə  müsbət təsir göstərir. Həmçinin  hamilə və uşaq  əmizdirən analar gözəl profilaktika olunurlar.

Hamiləlik həm də qadınların sağlamlığını qoruyur.  Mənim  yaşadığım cənub bölgəsi  buna gözəl nümunə ola bilər.  Burada çox uşaqlı analar üstünlük təşkil edir. Belə ki, çoxuşaqlı  analarda   onkoloji  xəstəliklərə  nadir hallarda rast gəlinir.

Mütəxəssislər deyirlər ki, ilk  hamiləliyi ləngitmək olmaz. O da məlum olub ki,  iyirmi beş yaşdan sonra hamilə qalmaq qadın orqanizmi üçün daha əhəmiyyətlidir. Uşağın  dünyaya gəlməsi  həm də ailə daxilində mübahisələrə, xəyanətə son qoyur. Necə deyərlər, çəkişmələr yox olur, məhəbbət  yenidən qayıdır, həyat körpə səsi ilə  öz axarına düşür.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü