Avtomobil yollarının kənarlarında və ya kimya zavodlarının yaxınlığında yetişdirilən pomidorlarda ağır metal duzları ola bilər. Bu barədə müsahibəsində rusiyalı dietoloq Mariya Rozanova məlumat verib.
O, belə pomidorların yeyilməsinin zəhərlənməyə, böyrək və ya öd kisəsində daşlara səbəb ola biləcəyini vurğulayıb.
Mütəxəssis əlavə edib ki, bəzi hallarda pomidor komaya səbəb ola bilər. Söhbət tərkibində solanin olan yaxşı yetişməmiş meyvə-tərəvəzdən gedir.
Solanin zəhərli üzvi maddədir. Eyni zamanda Rozanova onu da qeyd edib ki, bu formada tərəvəz yalnız böyük miqdarda istehlak edildikdə təhlükəlidir.
Nubar Süleymanova, “İki sahil”