Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkə rəhbəri Vladimir Putin işini davam etdirir və onun yay tətili yoxdur.
“İki sahil” xəbər verir ki, o, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə prezidentin yay tətilinə gedəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Prezident fəaliyyətini davam etdirir. Bilirsiniz ki, onun belə məzuniyyətləri yoxdur. Deputatların isə xüsusi məzuniyyətləri olmayacaq. Əgər bu mümkün olsa, sizə məlumat verəcəyik. Hələlik belə planlar yoxdur”, - Prezidentin mətbuat katibi bildirib.