09 iyul 2022 03:26
1132

İlk qum akkumulyatoru işə salınıb

Dünyanın ilk qum akkumulyatoru Finlandiyada işə salınıb. O, günəş və külək enerjisini istiliyə olan qiymət və tələbin yüksəldiyi qışa qədər saxlamağa imkan verir. Zavod Vatajankoski elektrik stansiyasında yerləşir. O, yaşıl enerjinin əsas problemlərindən birini - mövsümiliyi həll etmək üçün düşünülüb.

Yaşıl enerji elektrik kaminlərinin işləmə prinsipinə uyğun olaraq, akkumulyatorda qumu 500 ° C-ə qədər qızdırır. Sonra istilik dəyişdiricisinin köməyi ilə kameranın içərisində dövr edən havanı qızdırır. Bundan məhz qışda mərkəzi istilik sistemində suyun qızdırılması üçün istifadə olunur. Oradan binalara istilik verilir.

Qum nəhəng bunkerdə saxlanılır, onun həcmi 100 tondur. Qum yüksək istilik tutumuna görə enerjiyə qənaət etmək üçün tam uyğun gəlir, çünki o, yavaş-yavaş qızır və yavaş-yavaş soyuyur. Anbarda temperatur bir neçə ay +500 °C-də qala bilər.

Nubar Süleymanova, “İki sahil”