13 iyul 2022 17:48
950

Mədəniyyət naziri Britaniya səfiri ilə görüşüb

Mədəniyyət naziri Anar Kərimov, Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp və “AzBritish”in direktoru Nərgiz Hacıyevanın görüşü baş tutub.

“İki sahil” xəbər verir ki, bunu səfir “Twitter“ səhifəsində paylaşıb.

O qeyd edib ki, görüş məhsuldar keçib. “Əməkdaşlıq imkanlarını müzakirə etdik. Azərbaycanda mədəniyyət sektorunun inkişafına həmişə böyük dəstək göstərməyə davam edəcəyik”, – deyə səfir vurğulayıb.