15 iyul 2022 00:28
1154

Bill Qeyts sərvətini necə bölüşdürəcəyini açıqladı

“Microsoft” şirkətinin sahibi, milyarder Bill Qeyts var-dövlətini necə bölüşdürəcəyi ilə bağlı bəyanat yayıb.

“İki sahil” xəbər verir ki, iş adamı bu haqda tvitterində yazıb. O bildirib ki, sərvətini "Bill & Melinda Gates Foundation" xeyriyyə fonduna bağışlayacaq. 

"Sərvətimin demək olar ki, hamısını fonda verməyi planlaşdırıram. Kasıblayacam və nəhayət dünyanın ən varlı adamları siyahısından çıxacağam" deyə, Qeyts yazıb.

Qeyts əlavə edib ki, fəaliyyətinin genişləndirilməsi çərçivəsində yaxın ayda fonda 20 milyard dollar köçürəcək.