15 iyul 2022 03:01
922

“Twitter” çökdü

Bir sıra ölkələrdə “Twitter” mikrobloqlar xidmətinin fəaliyyətində nasazlıqlar müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bunu “Downdetector” xidmətinin məlumatları sübut edir.

Problemləri bildirən istifadəçilər sayt və proqramda, həmçinin serverə qoşularkən problemlərlə üzləşdiklərini qeyd edirlər.

Nasazlıqlar daha çox ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya və Niderlandda qeydə alınıb, lakin bir çox başqa ölkələrdə də “Twitter”lə bağlı şikayətlər artmaqda davam edir.