Rusiyanın Yekaterinburq şəhərində kişi yaşayış binasının səkkizinci mərtəbəsinin pəncərəsindən yıxılıb.
"İki sahil"in məlumatına görə, bu barədə E1 portalı hadisə şahidlərinə istinadən xəbər verir. Hadisə nəticəsində zərərçəkən sağ qalıb, lakin insanlar ona yaxınlaşanda o, şok vəziyyətində olub. Qonşular bildiriblər ki, kişi bir neçə gün əvvəl şəhərə gəlib.
Qeyd olunub ki, otluğun üzərinə yıxılan kişi özü ayağa durub və səkidə əyləşib. Bir müddət sonra kişi xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti kafi qiymətləndirilir.