25 iyul 2022 12:49
1010

İlon Mask eşq həyatı ilə gündəmə gəlib

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask yenidən eşq həyatı ilə gündəmə gəlib.

“İki sahil” xəbər verir ki, "Wall Street" jurnalı iddia edib ki, İlon “Google” kompaniyasının həmtəsisçisi, milyarder Sergey Brin ikinci həyat yoldaşı Nikol Şanaxanla münasibət yaşadığı iddia edib. Bildirilib ki, məhz bu səbəbdən cütlük boşanmaq qərarı alıb.

Nəşrin məlumatına görə, İlon və Nikol ötən ilin dekabrında tanış olublar. Bu münasibət Sergeyin evliliyi ilə yanaşı İlonla aralarındakı dostluğa da ciddi zərbə vurub.

İlon jurnalın iddialarına hələlik münasibət bildirməyib.

Qeyd edək ki, İlon dünyanın zənginləri siyahısında 253,4 milyard dollarla birinci, Sergeyin isə 89,9 milyard dollarla 10-cu yerdədir.