29 iyul 2022 14:00
1192

Klub azarkeşlərin emosiyalarını ağıllı şərflə izləyəcək - FOTO

İngiltərə Premyer Liqasının son çempionu “Mançester Siti” 2019-cu ildən bəri texnologiya tərəfdaşı olan “Cisco” ilə ağıllı şərf hazırladığını açıqlayıb.

Klub azarkeşlərin ürək döyüntüsünü, bədən istiliyini və emosional vəziyyətə nəzarət etmək üçün "EmotiBit" sensoruna sahib ağıllı şərf yaratmaq istədiyini paylaşıb.

Sözügedən sensor matç zamanı şərf taxan tərəfdarın ürək döyüntüsünü, bədən istiliyini və emosional vəziyyətini izləyəcək. Klub və “Cisco”dan verilən açıqlamada şərfin azarkeşləri matça əvvəlkindən daha da cəlb edəcəyini bildiriliblər. Ancaq, bunun necə əldə ediləcəyi barədə ətraflı məlumat verilməyib.

“Cisco” şərfin sınaq testinin başa çatdığını açıqlayıb. Altı güclü “Mançester Siti” azarkeşinin daxil olduğu bu prosesdə toplanan məlumatlarla 120 vacib məqamın müəyyən edildiyi, azarkeşlərin hissləri ilə bağlı həm “Siti”yə, həm də “Cisco”ya konkret məlumat verildiyi bildirilib.

Qeyd edək ki, ingilis klubu və “Cisco” gələn mövsüm bu ağıllı şərfi azarkeşlərə təqdim etməyi planlaşdırır.

Vüsal Cahanov, “İki sahil”