05 avqust 2022 18:24
964

VIII “Muğam” müsabiqəsinin qalibləri müəyyənləşib

Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.

“İki sahil” xəbər verir ki,  müsabiqəsinin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, eyni zamanda, mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndə və musiqiçilər iştirak edib.

Konsert proqramı Vətən müharibəsi şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xalq artisti Mənsum İbrahimovun ifası ilə final konsert proqramı açıq elan edilib.

Daha sonra müsabiqənin finalçıları çıxış edib. Çıxışlar bitdikdən sonra qaliblər müəyyənləşib:

Azyaşlı qrup üzrə üçüncü yerin qalibi Sabir Ağayev, ikinci yerin qalibi Fatimə Kərimova, birinci yerin qalibi isə Həzrət Əzizli olub.

Gənc xanəndələr arasında isə Daşqın Kürçaylı və Vüqar Əbilov üçüncü yer, Ülkər Abdullayeva və Aynur Həsənova ikinci yerin qalibi seçiliblər.

Birinci yerin qalibi isə Fuad Əzizzadə olub.

İki ifaçı isə həvəsləndirici mükafatla təltif edilib.