Azərbaycan ərazilərində məskunlaşdırıldıqları vaxtdan ermənilər yerli əhaliyə qarşı zorakılıq etməyə, onları öz doğma torpaqlarından sıxışdıraraq çıxartmağa və həmin yerləri zəbt edərək mənimsəməyə başlayıblar. Sonralar bütövlükdə bu diyara tamamilə sahib çıxmaq niyyətilə tədricən azərbaycanlılara qarşı amansız qırğınlar, soyqırımlar törədiblər. 1988-ci ildən, əvvəllər dəfələrlə törətdikləri kimi, yenidən öz çirkin niyyətlərinə əl ataraq azərbaycanlıları doğulub boya-başa çatdıqları, tarixən Azərbaycana məxsus olan İrəvandan çıxartmışlar. Sonra isə Azərbaycanın dilbər güşələrindən olan Qarabağa əl uzatdılar. Lakin Qarabağ torpağının onlara məxsus olmadığını və olmayacağını anlayaraq orada dağıntılar törətməyə başladılar. 30 ilə yaxın işğal altında qalan Qarabağı, demək olar ki, xarabalığa çeviriblər. Bu ərazidə yerləşən kənd və şəhərlərimizin əksər hissəsini dağıdıblar. Qalın, sıx meşələrimizi doğrayıb satıblar. Yeraltı, yerüstü sərvətlərimizi talan ediblər. Ekologiyaya ziyan vurublar, tarixi və mədəniyyət abidələrimizi dağıdıb, tariximizi silməyə, mənimsəməyə çalışıblar.
Lakin bu illər ərzində Azərbaycan heç vaxt işğalla barışmadı. Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 28 illik işğala son qoyulması göstərdi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi.
Hazırda Qarabağ ərazisində bir qisim ermənilər qalmaqdadır. Azərbaycan tərəfi onlara burada yaşamağa bir şərtlə icazə verib ki, onlar separatizm meyillərinə son qoymalı, Qarabağ torpağının tarixən Azərbaycana məxsus olduğunu anlamalıdırlar. Bilməlidirlər ki, az vaxt kəsiyində yüz minlərlə azərbaycanlı öz doğma ev eşiyinə - Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaqlar. Azərbaycanın ərazisində yaşamalarına icazə verilən ermənilər anlamalıdırlar ki, onlar yerli azərbaycanlılarla qonşuluq və sülh şəraitində yaşamağa məcburdurlar.
Xatırladaq ki, 44 günlük müharibədən sonra kapitulyasiya aktına imza atan ermənilər Ağdam və Kəlbəcəri tərk etmələri üçün onlara verilən vaxtdan sui-istifadə edərək boş qalan kəndlərdə talanlar, soyğunlar, yanğınlar törədirdilər. Kəlbəcərdən sonuncu, ən qiymətli əşyasını – unitazını aparan bu ermənilər də dünya mətbuatının gündəminə düşmüşdülər.
Bir neçə gün öncə Azərbaycana qarşı növbəti hərbi təxribat törədildi. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürüldü. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Azərbaycanın bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirləri Ermənistan üçün ibrət dərsi olmayıb. Sözügedən hadisə də istisna deyil. Lakin düşmən bu dəfə də layiqli cəzasını aldı. Artıq Qarabağdakı separatçı-terrorçu rejimin qalıqları Laçın şəhəri, Zabux və Sus kəndlərində qalan ermənilərin təxliyyəsinə başlayır. Bu barədə Ermənistanın “Pastark” agentliyi məlumat yayıb. Məlumata görə, separatçıbaşı Araik Arutyunyan Laçında qalan ermənilərin təxliyyəsinin sakit şəkildə aparılmasını, tərk edilən evləri isə yandırmağı tapşırıb. Bildirilir ki, Laçın dəhlizinin alternativ marşrutunun istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilməlidir. Ermənilərin bu dəfə də çıxıb gedərkən evləri qarət edib yandırması növbəti erməni vəhşiliyi və barbarlığının bariz nümunəsidir. Azərbaycan Prezidentinin misli görünməmiş humanizmi, erməni əsilli vətəndaşlarımıza birgə yaşayış çağırışı və ləyaqətli həyat şəraitin barədə vədinin qarşılığında bu cür əməllərin törədilməsi "ermənilik" idealogiyasının, onların xəstə psixilogiyasının və bunun erməni xalqının əksəriyyətində törətdiyi psixi pozuntunun sübutudur. Bu üzdəniraqların ömür boyu heç nəyi olmayıb, onun-bunun dəstəyilə, dilənçiliklə yaşayıblar. Öz dövləti, öz təbii sərvəti olmayan oğru bir millət heç vaxt başqasının dövlətinə, sərvətinə hörmətlə yanaşa bilməz. İnsanlıqdan, bəşəri dəyərlərdən məhrum olan, özləri üçün mif formalaşdırmağa çalışan ermənilər çox təəssüf ki, dini dəyərlərə, tarixi həqiqətlərə də faşist təxəyyülü ilə münasibət göstərirlər. Çünki özlərinin nə tarixi, nə də hansı dinə mənsub olduqlarını təsdiqləyən mənbələri var. Köçəri xalq olduqları üçün tarixi əraziləri, özlərinə məxsus mili-mənəvi dəyərləri olmadığı üçün yurd həsrətindən, torpağa bağlılıq kimi müqəddəs duyğulardan da məhrumdurlar.
Sevinc Azadi, “İki sahil”