Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.
“İki sahil” xəbər verir ki, bununla yanaşı, ərazidə yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib.
Həyata keçirilən monitorinq-təhlillərin nəticəsinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görüləcək.
Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Ağdərə, Zəngilan və Şuşada sakinlər və işəgötürənlərlə növbəti görüşlər keçirilib
Müasir universitet müəllimi həm fəal tədqiqatçı, həm də yüksək pedaqoji səriştəyə malik mütəxəssis olmalıdır - MÜSAHİBƏ