“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün Qazaxıstana səfər edən komandamıza brifinq təqdim olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, brifinqdə artilleriyaçılarımıza təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub, ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, eləcə də poliqonun infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat verilib.
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib
Yaşar Gülər: Veteranlar Vətənə və öz vəzifələrinə sarsılmaz sədaqət nümayiş etdiriblər